"Şüşə" (Glass) Filmi Haqqında Maraqlı Faktlar!

03 May, 2019


“Şüşə” (Glass) tənqidçilər tərəfindən aldığı mənfi rəylərə rəğmən M.Nayt. Şyamalan (M. Night Shyamalan) filmoqrafiyasının ən yaxşı açılış edən 3 filmindən biri oldu.
“Altıncı Hiss”lə (The Sixth Sense) “sürpriz sonluqlu film” qavramını həyatımıza daxil edən və özündən sonra çəkiləcək filmlərə ilham verən sürpriz sonluq, M.Nayt. Şyamalanın (M. Night Shyamalan) “Parçalanmış”ın (Split) sonunda filmi “Ölümsüz”ə bağlaması, komiks aşiqi bir rejissorun öz mutant dünyasını qurduğunun sübutu olmuşdu. Cəsur bir rejissor olması, karyerasının bütün eniş və çıxışlarına da yön verdi.

Похожее изображение

“Altıncı Hiss”“Oskar”a namizəd olan, ancaq karyerasını mükafat dalınca qaçan rejissor kimi keçirmək yerinə, əvvəlcə “Ölümsüz”, ardından sıra ilə “İşarələr”i çəkərək, amerikalı “Avropa filmləri” çəkən rejissor, aldığı bütün mənfi rəylərə rəğmən karyerasının istiqamətini dəyişdirməyərək filmoqrafiyasının ən özəl filmlərindən biri olan “Sudakı Qız”ı və bütün bunlara rəğmən xarakteristik bir Shyamalan filmi deyə biləcəyimiz “Mistik Hadisə”ni çəkdi. Bundan sonra karyerasında uğursuzluq yaşayan M.Nayt. Şyamalan (M. Night Shyamalan), “Parçalanmış”la (2016) geri qayıdışını rəsmi olaraq elan etdi. Həm uğursuzluğa sahib karyerasını düzəldərək, həm də özünün yaratdığı super qəhrəman kainatının dağınıq qalan hissələrinin birləşməsinə kömək edən film, şübhəsiz ki, “Şüşə”dir (Glass). Açıq desək, “Şüşə” (Glass) filmi heç pis başlamadı, ancaq vaxtı uzadıldıqca xəyal qırıqlığına səbəb oldu.

Картинки по запросу glass movie 2019 brus uillis

“Ölümsüz”ün sonunda, Devid’i insanlığı qorumaq kimi vacib bir missiyasının olduğuna inandıraraq, qəhrəmanlıq məsuliyyətinə itələyən Mr. Glass’ın əslində hekayədəki ən qaranlıq xarakter olduğunu öyrənmişdik. “Parçalanmış”da isə uşaqlığında yaşadığı travmanın da təsiri ilə ayrı-ayrı xarakterlər kimi yaşayan Kevin Wendell Crumb gənc qızları oğurlamışdı. Filmdə, həm ortaya çıxan digər xarakterləri tanımış, həm də son olaraq ortaya çıxan 24-cü kimlik olan Canavarla, filmin bir anda dəyişən janrının təsiri ilə təəccüblənmiş, son səhnədə gördüyümüz David Dunn ilə iki filmin tək bir kainatda birləşdiyinə şahid olmuşduq.


Картинки по запросу glass movie 2019 semuell l.cekson

“Ölümsüz”“Parçalanmış”la eyni kainatda keçən və bu filmlərin davam filmi kimi olan “Şüşə”də (Glass) isə David Dunn illər boyunca cinayətkarları yaxalamağa davam etmiş və bir nöqtədə yolu gənc qızları qaçıran Kevin Wendell Crumb’la kəsişmişdi. Bu ikilinin qarşılaşması isə ikilini bir tələyə sürükləyir. Kevin və David özlərini uzun müddətdir axtaran Dr. Ellie Staple tərəfindən tutularaq, bir müalicə mərkəzinə yerləşdirilir. “Ölümsüz”ün sonunda polislər tərəfindən həbs olunduğunu bildiyimiz Mr. Glass da bu müalicə mərkəzindədir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər