Daha əvvəl "Mənim oğlanım dəlidir" (Silver Linings Playbook), American Hustle və "Coy" (Joy) filmlərində birlikdə işləyən Devid O. Rassell (David O. Russell) və Cennifer Lourens (Jennifer Lawrence), yaxın vaxtda yeni bir proyektdə bir araya gələ bilərlər.
Hollywood’da uzun müddət birlikdə çalışacaq yeni bir rejissor-aktyor ikilisi olma yolunda sürətlə irəliləyən Devid O. Rassell (David O. Russell) və Cennifer Lourens (Jennifer Lawrence), yaxın vaxtda yeni bir proyektdə bir araya gələcəklər.
İkili daha əvvəl "Mənim oğlanım dəlidir" (Silver Linings Playbook), American Hustle və "Coy" (Joy) filmlərində birlikdə işləmiş, bu birlikdəlik Lourensə ilk “Oskar” mükafatını qazandırarkən, istedadlı aktrisaya iki dəfə “Oskar”namizədliyi gətirmişdi. Russell da bu filmlərlə dörd “Oskar” namizədliyi qazanaraq karyerasının bəlkə də ən bacarıqlı dövrünü keçirmişdi. Devid O. Rassell (David O. Russell), Cennifer Lourensin (Jennifer Lawrence) rol almasını istədiyi yeni bir film yazacaq.
Birlikdə ikisinin də karyerasını yüksəldən işlərə imza atan Devid O. Rassell (David O. Russell) və Cennifer Lourens (Jennifer Lawrence) keçən günlərdə Tribeca Film Festivali’nda keçirilən bir tədbirə birlikdə qatıldı. Cennifer Lourensin (Jennifer Lawrence) aktrisa olaraq fərqli xarakterlərə həyat verə bilmə bacarığından tərif dolu sözlərlə bəhs edən Rassell, istedadlı aktrisaya rol alması üçün yeni bir film yazdığını qeyd etdi. Lourens də Rasselin yeni filmində rol almaqdan xoşbəxtlik duyacağını qeyd etdi.
2015-ci ildə premyerası olan "Coy"un (Joy) ardından necə bir filmlə geri qayıdacağı maraq oyandıran Rasselin yeni proyekti haqqında hələlik ətraflı bir məlumat yoxdur.
Bir müddətdir böyük ekrandan uzaq qalan Lourens isə A24’un prodüserliyini üstləndiyi yeni bir filmdə rol almağa hazırlaşır. Lourens, Lila Neugebauer’ün rejissoru olacağı filmdə Əfqanıstanda yaşadığı travmatik beyin silkələnməsinin təsirindən heç cür qurtula bilməyən bir Amerika əsgərini canlandıracaq