Ben Afflek “Kabuslar Ordusu”nun Rejissoru Olacaq!

26 Aprel, 2019


Ben Afflek İkinci Dünya müharibəsindən bəhs edən “Kabuslar Ordusu”nun (Ghost Army) rejissorluğunu və baş rolunu üstlənəcək. Real bir hadisəyə əsaslanan filmin ssenarisinin True Detective’in yaradıcısı olan Nik Pizzolatto (Nic Pizzolatto) qələmə alır.
Son olaraq Triple Frontier filmi ilə tamaşaçıların qarşısına çıxan Ben Afflekin bir sonrakı proyekti məlum oldu. Gone Baby Gone, "Oğrular şəhəri" (The Town) və Argo kimi yüksək rəğbət qazanan filmlərə imza atdıqdan sonra 2016-cı il istehsalı Live by Night ilə xəyal qırıqlığı yaradan Ben Afflek, bir dəfə daha İkinci Dünya müharibəsi filmi üçün kamera arxasına keçəcək.

Похожее изображение

The Hollywood Reporter’ın xəbərinə görə Ben Afflek, İkinci Dünya müharibəsi zamanı baş verən “Kabuslar Ordusu”nun (Ghost Army) rejissorluğunu və baş rolunu üstlənəcək. Rick BeyerElizabeth Sayles’in real hadisələrə əsaslanaraq qələmə aldığı The Ghost Army of World War II adlı kitabdan adaptasiya olunmuş film, müharibə zamanı əsgərləri qorumaq üçün illüziya və yanıltma taktikalarından faydalanan bir Amerika taburunun hekayəsini danışacaq. Yaradıcılığı və zəkası ilə diqqət çəkən əsgərlərdən ibarət bu tabur, müharibə zamanı alman əsgərlərini yanıltmaq üçün saxta tanklardan, yalan radio yayımlarına qədər bir çox fərqli taktiya baş vuraraq çox sayda əsgərin həyatını qurtarmağı bacarmışdı.  



“Kabuslar Ordusu”nun (Ghost Army) ssenarisini True Detective’in yaradıcısı olan Nik Pizzolatto (Nic Pizzolatto) qələmə alır. 
Rejissor kürsüsündə oturmasından əlavə, filmin baş rolunu da üstlənəcək olan Afflek, eyni zamanda filmin prodüserləri arasında da yer alacaq. Universal tərəfindən hazırlanan filmin prodüser komandasında Affleklə yanaşı Amerikalı snayperin (American Sniper) prodüserlərindən Andrew Lazarda olacaq.

Картинки по запросу Ben Affleck to Star in and Direct World War II Caper ‘Ghost Army’

Film üçün hazırlıqlara ilk başlandığında ssenarisini Henry Gayden (Shazam!)’ın qələmə alacağı açıqlanmışdı. Ancaq görünən o ki aradan keçən müddətdə Gayden ilə yollar ayrılmışdı. The Hollywod Reporter’ın xəbərinə görə filmin ssenarisinin son vəziyyətini True Detective’in yaradıcısı olan Nik Pizzolatto (Nic Pizzolatto) qələmə alır. Xüsusilə True Detective’in ilk sezonu ilə tərif toplayan Pizzolatto, daha əvvəl The Magnificent Seven"Qalveston" (Galveston) kimi filmlərin ssenarisini qələmə almışdı.

Fərqli bir zamanda baş vermiş olsa da, mövzusu ilə Argo’yu andıran “Kabuslar Ordusu”nun (Ghost Army) çəkilişlərinə nə vaxt başlanacağı hələlik məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər