Ən yaxşı animasiya filmi kateqoriyasında “Oskar” qazanan “Hörümçək adam: Hörümçək kainatına” (Spider-Man: Into the Spider-Verse) ilə böyük uğur əldə edən Sony Pictures şirkəti, qarşıdakı 7-8 il boyunca bir çox “Hörümçək adam” (Spider-Man) serialı yayımlamağa hazırlanır.
91-ci “Oskar” mükafatında “Ən yaxşı animasiya filmi” kateqoriyasında mükafat qazanan “Hörümçək adam: Hörümçək kainatına” (Spider-Man: Into the Spider-Verse), tənqidçilər və tamaşaçılar tərəfindən son illərin ən yaxşı komiks adaptasiyalarından biri olaraq göstərilmişdi. Film dünyasında yaratdığı təəssürat, spin-off proyektlərini də ardınca gətirdi.
Xatırlayırsınızsa Sony, Miles Morales və Gwen Stacy arasındakı məhəbbət mövzusunda bir davam filminin çəkiləcəyini açıqlamış. Spider-Gwen, Silk və Spider-Woman kimi qadın süper qəhrəmanların baş rolda yer alacağı bir spin-off filmi üçün hazırlıqlara başladığını qeyd etmişdi. Bununla bərabər “Hörümçək adam: Hörümçək kainatına” (Spider-Man: Into the Spider-Verse) üçün spin-off serialları hazırladığını dilə gətirmişdi. Filmdə gördüyümüz Spider-Ham, Spider-Man Noir və Peni Parker xarakterlərinin özünün solo seriallarına qovuşacaq olması bizləri həyəcanlandırır. Ancaq şirkətin “Hörümçək adam” (Spider-Man) ilə əlaqəli gələcək planları fikirləşdiyimizdən daha çoxdur.
Sony Pictures şirkətinin televiziya idarəçisi Mike Hopkins, şirkətin Spider-Man proyektləri ilə bağlı planlarını açıqladı. Buna görə Sony, qarşıdakı 7-8 il ərzində Spider-Man’i mövzu götürən live-action, animasiya və spin-off serialları çəkmək istəyir. Hopkins, filmdən çox, işin daha çox televiziya hissəsinə yönəlmək istədiklərini bildirdi.
Digər yandan Mike Hopkins, Marvellə birlikdə çalışmaqla bağlı bunları söylədi: “Marvel ilə bağlı bir çox böyük bir proyektlər ərsəyə gətiririk və tez bir zamanda bu bazarda yer alacağıq. Daha əvvəl televiziya sahəsində Marvel ilə birlikdə heç bir şey etmədik. Yaratdığımız bu kainat, bir-birilə iç-içə keçəcək yeni proyektlər istehsal etməyi və bunun üçün bir ortaqla çalışmağı hədəfləyir.”
Çəkilməsi planlanan bu serialların, “Hörümçək adam: Hörümçək kainatına” (Spider-Man: Into the Spider-Verse) kainatındakı hansı xarakterlərə yer verəcəyi hələ məlum deyil. Bu atdığı addəmla Sony şirkəti, komikslərə bələd olmayan insanlar üçün “Hörümçək adam” kainatının bilinməyən tərəflərini göstərmək istəyir. Gələn ildən etibarən “Hörümçək adam (Spider-Man) serialları ilə tamaşaçı qarşısına çıxmağa hazırlanan Sony’nin bu planının necə nəticələnəcəyini birlikdə görəcəyik.