“Qisasçılar: Final”dan İki Yeni Tanıtım Treyleri Yayımlandı!

23 Aprel, 2019

“Qisasçılar: Final”ın (Avengers: Endgame) premyera tarixinin yaxınlaşdığı vaxtda, həyəcanla gözlənilən filmdən iki yeni tanıtım treyleri yayımlandı.

Marvel film kainatı üçün bir dövrü nöqtələməsi gözlənilən “Qisasçılar: Final” (Avengers: Endgame), bu həftə filmsevərlərin ixtiyarına veriləcək. Bu ilin ən həyəcanla gözlənilən filmləri arasında yer alan “Qisasçılar: Final” üçün son illərin ən bahalı tanıtım kampanyalarından birini aparan Disney, premyera tarixinin yaxınlaşması ilə birlikdə, filmin tanıtım işlərinə sürət verdi. Son iki həftə boyunca təxminən hər gün filmdən qısa tanıtım treylerləri yayımlayan studiya, bu strategiyasını bu həftə də davam etdirdi və filmdən iki yeni tanıtım treyleri yayımladı. 



Maraqla gözlənilən “Qisasçılar: Final”  haqqında çox məlumat paylaşmaqdan çəkinən studiya, tanıtım işləri boyunca paylaşdığı treylerlərdə az sayda səhnədən kadrlar istifadə edərək, bir yandan filmin tanıtımını apararkən, bir yandan da maraq oyandıran detalları gizli tutmağı bacardı.

“Qisasçılar: Final”, keçən premyerası olan və dünya miqyasında 2.048 milyard dollar kassa gəliri əldə edərək, bütün zamanların ən uğurlu filmləri arasında yerini alan "Qisasçılar: Sonsuzluq savaşı" (Avengers: Infinity War) ilə başlayan və Avengers ile Thanos’u qarşı-qarşıya gətirən hekayəni nöqtələyəcək.

avengers-endgame-karen-gillan-don-cheadle

“Qisasçılar: Final” (Avengers: Endgame), 2008-ci ildə premyerası olan "Dəmir adam" (Iron Man) ilə başlayan və qısa müddət əvvəl 10-cu ilini geridə qoyan Marvel film kainatı üçün bir dövrün sonu olacaq. Keçən günlərdə verdiyi bir reportajda film kainatında yaşanacaq bu dəyişimi doğrulayan Kevin Faygi (Kevin Feige), "Dəmir adam" (Iron Man) ilə başlayıb, Endgame ilə bitən bu dövrün Infinity Saga olaraq adlandırıldığını açıqladı.

Entoni Russo (Anthony Russo) və Co Russo (Joe Russo) qardaşlarının bir dəfə daha rejissor kürsüsünə oturduğu filmin ssenarisi isə rejisssorlarla birlikdə çalışmağa alışmış olan Kristofer Markus (Christopher Markus) və Stiven MakFili (SStephen McFeely) ikilisinə aiddir. "Qisasçılar: Sonsuzluq savaşı"nda (Avengers: Infinity War) da yer alan Robert Dauni kiçik (Robert Downey Jr.), Kris Evans (Chris Evans), Kris Hemsvort (Chris Hemsworth), Sebastyan Sten (Sebastian Stan), Elizabet Olsen (Elizabeth Olsen) və Coş Brolin (Josh Brolin) kimi adların geri qayıtdığı filmdə, Bri Larson (Brie Larson), Pol Radd (Paul Rudd), Ceremi Renner (Jeremy Renner), Tilda Suinton (Tilda Swinton), Evancelin Lilli (Evangeline Lilly) və Frank Grillo kimi daha əvvəl Marvel film kainatındakı filmlərdə yer almış simalarla birlikdə, film kainatında ilk dəfə görəcəyimiz Katherine Langford da aktyor heyətində qarşımıza çıxır.


avengers-endgame-jeremy-renner-scarlett-johansson

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər