Qatil oyuncaq kukla Çakini, film dünyasına tanıdan 1988-ci il istehsalı “Uşaq Oyunu”nun (Child’s Play) baş rolunda Aubrey Plaza’nın yer aldığı yeni versiyadan yeni treyler yayımlandı.
Tom Holland‘ın rejissoru olduğu 1988-ci il istehsalı “Uşaq Oyunu” (Child’s Play), bir ananın, oğlunun ad günü üçün silsilə qətllər törədən birinin ruhuna sahib olduğunu bilmədiyi bir oyuncaq kukla satın almasıyla yaşanan hadisələri mövzu edir.
Film tarixinə oyuncaq kukla Çakinin (Chucky) terror törətdiyi film "Çakinin lənəti" olaraq damğa vuran və bir çox uşağın oyuncaq kuklalardan qorxmasına səbəb olan film, yenidən çəkilən filmlər sırasına qatılır. Parks and Recreation, Ingrid Goes West və Legion kimi proyektlərlə tanınan Aubrey Plaza’nın baş rolunu üstləndiyi “Uşaq oyunu”nun (Child’s Play) yeni versiyası ilk uzunmetrajlı treyleri yayımlandı.
Aubrey Plaza‘nın oğluna ad günündə oyuncaq kukla alan Karen Barclay’i canlandırdığı filmdə, Atlanta serialındakı Paper Boi rolu ilə böyük uğur əldə edən Tyler Burton Smith isə Çakinin (Chucky) səbəb olduğu cinayətlərin izini davam etdirən detektiv Mike Norris’e həyat verir. Filmin aktyor heyətində Plaza və Smith’lə yanaşı Gabriel Bateman, Devid Lüis (David Lewis), Ty Consiglio və Beatrice Kitsos iştirak edir. “Uşaq oyunu”nun (Child’s Play) yeni versiyası bu yay filmsevərlərin ixtiyarına veriləcək.
Yeni versiyanın rejissor kürsüsündə Netflix’in haqlarını satın aldığı Polaroid’e imza atan Norveçli rejissor Lars Klevberg oturarkən; It‘in prodüserlərindən Set Qrem-Smit (Seth Grahame-Smith) və David Katzenberg, filmin prodüserliyini üstlənir.