Devid Harbor Marvel Studiyasının "Qara Dul" Filmində Rol Alacaq!

17 Aprel, 2019

Skarlett Yohanssonun baş rolda oynadığı (Scarlett Johansson) "Qara Dul" (Black Widow) filmi üçün hazırlıqlar davam edərkən, filmin aktyor heyəti formalaşmağa başladı. Stranger Things ilə tanınan Devid Harbor (David Harbour) filmin aktyor heyətinə qatılarkən, Reyçel Vaysın (Rachel Weisz) da filmdə rol ala biləcəyi ortaya çıxdı.

Keçən ildən bu yana solo "Qara Dul" (Black Widow) filmi üçün hazırlıqlarını davam etdirən Marvel studiyası, filmin aktyor heyətini formalaşdırmağa başladı. Skarlett Yohanssonun (Scarlett Johansson) baş rolunu üstləndiyi "Qara Dul" (Black Widow) filmində sevilən xarakterin qarşısına güçlü bir kadın xarakter çıxarmaq istəyən studya, bu xarakteri canlandırması üçün Lady Macbeth ilə uğur əldə edən Florens Pyu (Florence Pugh) ilə razılaşmışdı.


Похожее изображение

"Qara Dul" (Black Widow) filmində Skarlett Yohansson (Scarlett Johansson) və Florens Pyu (Florence Pugh) Devid Harbor (David Harbour) da tərəf-müqabili olacaq. Stranger Things serialı ilə adını geniş kütlələrə eşitdirən və bu il Hellboy filmi ilə filmsevərlərin qarşısına çıxmağa hazırlanan Harbour, filmdə rol almaq üçün Marvel studiyası ilə razılaşdı.



"Qara Dul" (Black Widow) filminin mövzusu haqqında bilinənlər hələlik olduqca az olduğu üçün Harbourun və razılaşma olarsa, Reyçel Vaysın (Rachel Weisz) hansı xarakterləri canlandıracağı naməlum qalır.

"Qara Dul" (Black Widow) filminin rejissor kürsüsündə en son Berlin Syndrome‘a imza atan Cate Shortland oturur. İyun ayında çəkilişləri başlayacak olan filmin 2020-ci ildə premyerası gözlənilir.

Похожее изображение

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər