"Ralf İnternetə Qarşı" Etnik Ənənələrə Arxalanan Dublyajla!

16 Aprel, 2019


Balans Milli Dublyaj Studiyasından yenilik! "Fatmagülün Sirri Nə?" Filminin dublyajindan sonra Balans Şirkəti xüsusi sifarişlə "Ralf İnternetə Qarşı" filmini dublyaj etdi. Həmən yaradıcı kollektiv 3 ay bu layihənin üzərində çalışdılar və nəticədə - yeni bir azəri etnik bir blokbaster yarandı. ANS Şirkətlər Qrupunun Dublyaj ənənələrini davam edərək - "Sualtı Cəyillər", "Şrek", "Madaqaskar"... və s. filmlərə artıq Balans Milli Dublyaj Studiyasının "Fatmagülün Sirri Nə?""Ralf İnternetə Qarşı" filmi də əlavə olundu. İncə və iti təfəkkürlü yumor, lokal problemlərə istiqamətləndirilmiş satira, etnik ənənələrə arxalanan zarafatlar və sırf azərbaycana aid məhəllə folkloru bu cizgi filmini digərlərindən fərqləndirmir. 



Filmin qəsa məzmunu: Phil Johnston (Zootopia) və Rich Moore’un rejissoru olduğu filmdə, her şeyin mövcud halından xoşbəxt olan Ralfın əksinə Vanilope həyatında bir dəyişiklik arayışı içərisinə girir. Pamela Ribon (Smurfs: The Lost Village) və Phil Johnston’ın qələmə aldığı ssenariyə əsasən, ən yaxın dostuna çox bağlı olan Ralf, onu xoşbəxt etmək etmək üçün Sugar Rush oyununun içinə girir və yarışa həyəcan qatır. Ancaq, qatdığı bu həyəcan, oyun konsolunun ən vacib parçalarından birinin qırılmasına səbəb olur və oyunu sonsuzadək yox olma təhlükəsi ilə qarşı-qarşıya gətirir. Ralf və Vanilope, Sugar Rush dünyasından canını qurtarmaq üşün, dünyalarına yeni girən internet çağını və çılgınlığını ətraflı olaraq göstərməyə çalışır.

 

Ralf və Vanilopenin çox vacib bir məqsədi var; eBay’e daxil olub oyun konsolu üçün lazın olan hissəni satın almaq. Ancaq Ralf və Vanilope pul, internet, virtual dünya kimi məhfumlardan tamamən xəbərsizdir. Dolayısıyla, içinə düşdükləri virtual dünyada daha ilk saniyələrdə özlərini, nə baş verdiyini anlamadan yüksəltdikləri qiyməti əldə etmək üçün spam saytları üçün işləyərkən görürlər. İçinə düşdükləri bu virtual dünyada insanların virtual kimlikləri var və gerçək həyatdan çok burada vaxt keçirirlər. Dostluqlarını burada qurur, əyləncəyi burada axtarır və ehtiyacı olduqları düşündükləri her şeyi yenə burada axtarırlar. Ralfın eBay tərəfindən onlar üçün qoyulan qısa müddət içərisində lazımı pulu toplaya bilmək üçün qısa yoldan sosyal şəbəkə fenomeninə çevrilməsi isə bizlərə yenə çox tanış gələn vəziyyətlər arasında yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər