Conni Deppin Oynadığı “Professor” Filminin Yeni Treyleri Çıxdı!

13 Aprel, 2019

Conni Deppin (Johnny Depp) altı ay ömrü qalmış, dikbaşlı bir universitet müəllimini canlandırdığı yeni filmi “Professor”dan (The Professor) yeni treyler yayımlandı.

Son olaraq "Fantastik Məxluqlar: Qrin-de-Valdın Cinayətləri" (Fantastic Beasts: The Crimes of Grindelwald) ilə filmsevərlərin qarşısına çıxan və şəxsi həyatında yaşananlar səbəbilə Hollivudda müzakirə olunan bir fiqur halına gələn Conni Depp (Johnny Depp), bu il yeni filmi ilə böyük ekrana qayıdacaq. Deppin ölmək üzrə olan bir universitet müəllimini canlandırdığı “Professor”un (The Professor) bu yay premyerası gözlənilir. Aktyor heyətində Depplə yanaşı Zoey Deutch, Rozmari DeUitt (Rosemarie DeWitt), Justine WorringtonDenni Hyustonun (Danny Huston) iştirak etdiyi filmdən yeni treyler tamaşaçıların ixtiyarına verildi.




“Professor” (The Professor) filmi, xəstəliyi irəliləmiş xərçəng xəstəsi və bir neçə ay sonra öləcək universitet müəllimi olan Richard’ın, eyni zamanda həyat yoldaşının xəyanətini həzm etməyə çalışmasını və qalan ömrünü dünyayı çox da vecinə almadan yaşamağı seçməsini danışır.

Johnny Depp The Professor

Richard öyrətmə metodlarını, həyatını və sevməyi yenidən kəşf edir. Fərqli xarakter seçimlərində gördüyümüz Conni Depp (Johnny Depp) bu xarakterlərə yeni bir nümunə daha əlavə etmiş kimi görünür. Son illərdəki enişli-çıxışlı film karyerasına bu filmin uğur gətirəcəyinə ümid edirik. “Professor”un (The Professor) keçən ilin oktyabrında Sürix Film Festivalıda dünya premyerası olmuş və bəyənilmişdi.



Daha əvvəl 2016-cı ildə Katie Says Goodbye filmini çəkmiş olan Wayne Roberts‘in yazdığı və rejissoru olduğu filmin ilk adı Richard Says Goodbye olaraq müəyyən edilmişdi. Rejissorun bir sonrakı filmində bəlkə də buna yenidən rast gələ bilərik.



Global Read EntertainmentAutomatik Entertainment şirkətlərinin prodüseri olduğu film ABŞ-da 17 mayda tamaşaçıların ixtiyarına veriləcək

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər