“Adamslar ailəsi” Animasiya Filminin İlk Treyleri Çıxdı!

11 Aprel, 2019

Ulduz aktyor heyəti ilə zəngin olan animasiya filmi “Adamslar ailəsi”ndən (The Addams Family) ilk treyler yayımlandı.

Oskar Ayzek (Oscar Isaac) və Şarliz Teronun (Charlize Theron) dublyaj heyətində yer aldığı “Adamslar ailəsi”nin (The Addams Family) ilk treyleri filmsevərlərin ixtiyarına verildi. Məşhur karikaturaçı Çarls Addamsın (Charles Addams) karikaturlarından ilhamlanaraq adaptasiya olunmuş qorxu və komediya janrındakı filmin treylerində “Adamslar ailəsi”ni bir dəfə daha yaxından tanıma fürsəti əldə edirik.


Картинки по запросу The Addams Family Trailer: An Altogether Ooky Animated Movie

Üçüncü dəfə adptasiya olunan “Adamslar ailəsi”nin (The Addams Family) mövzusu isə belədir: Ərinə və uşaqlarına həyatını həsr etmiş bir qadın olan Morticia, ailəsini bir yerdə saxlayan bir bağdır. Gülər üzlü, etiraslı bir şekildə həyat yoldaşına aşiq olan ailə başçısı Qomesin, hər işə girişən bir xarakteri var. Ailənin uşaqları da olduqca özünəməxsus və fərqlidirlər. Uzun hörükləri və iynələyici zarafatı ilə gənc qız Wednesday və tapa biləcəyi ən böyük təhlükələrin arxası ilə qaçan 10 yaşındakı Pugsley. Ancaq evin sakinləri bunlarla kifayətlənmir. Ailənin çılğın sakini Fester xoş xasiyyət, şən və hər vəziyyətdə qarışıqlığa yol aça bilərkən, müxtəlif formalar verərək şirniyyatlar bişirən nənə isə nəvələrini çox sevir. Ailə yaxınlaşan tədbirləri üçün hazırlıqların ortasındaykən, Margaux Needler ortaya çıxır. Margaux Needler sevilən bir realiti-şou programının kraliçasıdır. Bu iki fərqli tərəfin qarşılaşması necə nəticələnək?...




Premyerası üçün hazırlıqlarını davam etdirən animasiya janrındakı “Adamslar ailəsi”nin (The Addams Family) zəngin səsləndirmə aktyor heyətində “Qızıl Kürə” mükafatı olan və A Most Violent Year, Ex Machina, Triple Frontier, X-Men: Apocalypse"Ulduz müharibələri" (Star Wars) filmlərinin ulduz aktyoru Oskar Ayzek (Oscar Isaac - Gomez Addams) yer alır.  



“Oskar” mükafatı olan və "Dəlisov Maks" (Mad Max), "Sarışın bomba" (Atomic Blonde), Monster, "Talli" (Tully) kimi filmlərin məşhur ulduzu Şarliz Teron (Charlize Theron - Morticia Addams), gənc yaşına rəğmən Hollivudun tanınan simalarından biri olan Xloya Qreys Morets (Chloë Grace Moretz - Wednesday Addams), Stranger Things və onun kimi fenomen olan, proyektlərin 15 yaşındakı ulduzu Finn Vulfhard (Finn Wolfhard - Pugsley Addams), komediyaçı və aktyor Nick Kroll (Fester), “Qremmi” mükafatlı Bette Midler (Büyükanne) və “Oskar” mükafatlı Ellison Cenni (Allison Janney - Margaux Needler) kimi önəmli adlar var. “Adamslar ailəsi”nin (The Addams Family) rejissor kürsüsünə isə Conrad VernonGreg Tiernan oturacaq.


«Семейка Аддамс» возвращается — первый трейлер уже вышел

“Adamslar ailəsi”nin (The Addams Family) premyerası isə 13 dekabr 2019 tarixində gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər