The New Mutants Filmindən Yeni Kadrlar Yayımlandı!

07 May, 2020

The New Mutants filmindən yeni kadrlar yayımlandı. Koronavirus epidemiyası səbəbilə yenidən ertələnən filmin premyerasının olub olmayacağı naməlumluğunu qoruyur.

X-Men spin-offu olan The New Mutants, 2017-ci ildə çəkildiyində, X-Men kainatında keçən bir qorxu filmi izləmə fikri bir çox filmsevər tərəfindən rəğbətlə qarşılanmışdı. Bu səbəbdən filmin 2018-ci il istehsalından biri olaraq önə çıxan proyektlərindən biri olması gözlənilirdi. Ancaq 20th Century Fox filmin premyeraya girməsinə qısa müddət qalmış sürpriz bir qərarla filmi ertələdi. Studiyanın filmdə bəzi dəyişiklər edilməsini istədiyi ortaya çıxarkən, film üçün əlavə çəkilişlərin ediləcəyi və yeni səhnələrin çəkiləcəyi açıqlandı. İstehsal müddətində yaşanan bu problemlər azmış kimi bir də Disney-Fox razılaşması gerçəkləşincə filmin böyük ekrana gedən yolu tam bir kabusa çevrildi.



Disney filmi əlavə çəkilişlər edilmədən ilk halıyla premyerası olmasına qərar verincə bu problemlər nəhayət aşılmış kimi görünürdü ki, bu dəfə də koronavirus epidemiyası ortaya çıxdı. Disney tərəfindən 3 apreldə premyerası olacaq The New Mutants, bu dəfə də epidemiya səbəbilə ertələnmək məcburiyyətində qaldı. Üstəlik premyera tarixində digər filmlərinin demək olarki hamısı üçün yeni premyera tarixləri açıqlayan Disney, The New Mutants üçün premyera tarixi açıqlamadı. Bu da filmin premyerası olmadan VOD platformlarında ya da Disney+’da yayımlana biləcəyini göstərdi.



Heç cür izləyicinin ixtiyarına verilməyən film için gözlənti davam edərkən, filmdən yeni kadrlar ortaya çıxdı. Bu yeni kadrlar, filmin daha əvvəl yayımlanan treylerdə və kadrlarda görmədiyimiz tərəfini ortaya çıxarır. Cinefex jurnalının son buraxılışında yer alan bu kadrlarda, filmdə yeni mutantların qarşı-qarşıya gələcəyi Smiley Men görülür. Bundan əlavə Anya Taylor-Joy’un həyat verdiyi Magik’i həm Demon Bear ilə mübarizə apararkən, həm də Limbo olaraq anılan sehrli mərhələyə keçərkən görmə şansı əldə edirik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər