Scary Stories to Tell in the Dark’ın Hazırlıqlarına Başlanıldı!

27 Aprel, 2020

Gilyermo del Toronun (Guillermo del Toro) prodüseri olduğu, André Øvredal’ın rejissoru olduğu Scary Stories to Tell in the Dark’ın davam filmi üçün hazırlıqlara başlanıldı. 1968-cı ildə Hallowendə, tərk edilmiş bir qəsəbədə bir grup gəncin başına gələn hadisələrin danışıldığı Alvin Schwartz’ın eyniadlı hekayə seriyasıdan adaptasiya olunan Scary Stories to Tell in the Dark filminin davam filmi üçün çalışmalar başladı.

Trollhunter, The Autopsy of Jane Doe kimi filmlərin Norveçli rejissoru André Øvredal seriyanın davam filmində də rejissor kürsüsünə oturaraq. "Transilvaniya Oteli" (Hotel Transylvania), The Lego Movie, The Lego Ninjago Movie kimi animasiya filmləri ilə tanınan Dan HagemanKevin Hageman, ilk filmdə olduğu kimi davam filminin də ssenarisini yazacaq.

 Scary Stories to Tell in the Dark Sequel in the Works at Paramount ...

Scary Stories to Tell in the Dark’ın davam filmi eOne və Paramount işbirliyində hazırlanır. İlk filmin hekayəsini "Suyun Şəkli" (The Shape of Water) filmiylə Ən Yaxşı “Oskar” mükafatını qazanan peşəkar rejissor Gilyermo del Toro (Guillermo del Toro) yazmışdı. Netflix istehsalı Trollhunters: Tales of Arcadia serialında da Gilyermo del Toro (Guillermo del Toro) ilə bərabər çalışan Hageman Qardaşların ssenarisini yazdığı davam filmində Gilyermo del Toronun (Guillermo del Toro) yer alıb almayacağı hələlik naməlumluğunu qoruyur.

Scary Stories to Tell in the Dark' Sequel in the Works | Hollywood ...

Keçən il premyerası olan filmin prodüserliyini eOneCBS Films üstlənirdi. Paramount”u öz daxilində olan Viacom ilə CBS birləşincə CBS Films də Viacom’a keçdi. Bu vəziyyət davam filminin aqibətini naməlum hala gətirmiş olsa da, gələn bu son məlumatlar Viacom’un davam filminə yaşıl işıq yandırmağa qərar verdiyini göstərir. Davam filminin ssenarisi və hekayəsi haqqında hələ bir açıqlama verilməyib.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər