"The Hunger Games"in Prikveli Üçün Hazırlıqlara Başlanıldı!

23 Aprel, 2020

Lionsgate, "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu"nun (The Hunger Games) prikveli üçün hazırlıqlara başladı. Başçı Snow’un gəncliyini danışacaq filminə, seriyanın son üç filminə imza atan Frensis Lourens (Francis Lawrence) rejissorluq edəcək.

Syüzen Kollinsin (Suzanne Collins) eyniadlı roman seriyasından filmə adaptasiya olunan və Cennifer Lourensin (Jennifer Lawrence) adını geniş kütlələrə eşitdirməsini təmin edən "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu" (The Hunger Games) seriyası, Twilight kitablardan adaptasiya olunan filmlər siyahısında önlərdə yer almışdı. Aktyor heyətində önəmli adların yer aldığı "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu" (The Hunger Games) seriyası, danışdığı distopyanın altını tam mənasında doldura bilməmiş və xüsusilə o dünyada yaşayan gənclərin hazırki əhval-ruhiyyələrini izləyiciyə göstərmək mövzusunda yetərsiz olmuşdu. Mənfi hesab etdiyimiz bu xüsusiyyətlərə baxmayaraq, seriya dünya miqyasında kassalarda böyük uğurlar qazandı.



Seriyanın son romanını sanki Harry Potter kimi iki film formasında filmə adaptasiya olunan Lionsgate, 2015-ci ildə The Hunger Games: Mockingjay – Part 2 ilə seriyanın böyük ekrandakı macərasını nöqtələmişdi. Ancaq Lionsgate’in, Syüzen Kollinsin (Suzanne Collins) yeni romanı The Ballad of Songbirds and Snakes‘in haqlarını satın alması seriyadan asanlıqla imtina edə bilmədiyini göstərdi.

"Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu"nun (The Hunger Games) prikveli və 19 mayda yayımlanacaq bu romanın filmə çəkilib, çəkilməyəcəyi maraq mövzusu idi. Qısa müddət əvvəl edilən rəsmi açıqlama bu vəziyyəti gerçəkliyə qovuşdurdu. Collider’ın xəbərinə görə Lionsgate, "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu"nun (The Hunger Games) öncəsini mövzu götürən film üçün hazırlıqlara başladı.

The Hunger Games' Prequel Movie Is Officially in the Works From ...

İzləyicini "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu"nda (The Hunger Games) yaşanan hadisələrin 64 il öncəsinə aparacaq olan filmin, seriyanın son üç filminə imza atan və "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu" (The Hunger Games) dünyasına olduqca hakim olan Frensis Lourens (Francis Lawrence) rejissoru olacaq. Filmin ssenarisini Little Miss Sunshine’la “Oskar” qazanan və seriyanın ikinci filmi Catching Fire’ın ssenaristləri arasında yer alan Michael Arndt qələmə alacaq. Seriyanın prodüseri Nina Ceykobson (Nina Jacobson), bu filmin də prodüserliyini üstlənəcək.

Film, "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu" (The Hunger Games) seriyasında zalım başçı olaraq izlədiyimiz Coriolanus Snow’un gənclik illərinə hədəflənəcək. 18 yaşındakı yaraşıqlı və ağıllı Snow, 10-cu Aclıq Oyunları üçün mələhətçi olaraq seçildiyində həyatının dəyişəcəyini düşünür. Ancaq Snow’un, kasıb bir bölgə olan 12-ci Mıntıka’dan gələn bir qıza müəllimlik edəcək olması arzusunu ürəyində qoyur. "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu"nda (The Hunger Games) sərt bir rejissor kimi bilinən Snow’un gəncliyini görmək və özünü bu nöqtəyə gətirən hadisələr zincirinə şahid olmaq, film üçün diqqət çəkici məqamlardandır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər