Todd Fillipsin (Todd Phillips) rejissoru olduğu, Xoakin Feniksin (Joaquin Phoenix) Joker xarakterini canlandırdığı "Joker" filmini maraqla gözləyərkən, filmdən ilk uzunmetrajlı treyler yayımlandı.
DC Comics’in sevilən komikslərini böyük ekrana gətirən Warner Bros.; bir yandan Superman, Batman və Wonder Woman kimi süper qəhrəmanları içində toplayan film kainatını qurmağa davam edərkən, bir yandan da bu kainatla hec bir bağlılığı olmayan hekayələr danışan DC adaptasiyası üzərində çalışır. Bu əsas kainatla bağlılığı olmayan DC filmlərinin başında bu il filmsevərlərin ixtiyarına veriləcək "Joker" filmi gəlir. The Hangover və War Dogs filmlərilə tanınan Todd Fillipsin (Todd Phillips) rejissoru olduğu filmdə Jokeri Xoakin Feniksin (Joaquin Phoenix) canlandırması, filmi Warner Bros.’un bugünə qədər hazırladığı ən həyəcan verici DC adaptasiyalarından biri edir.
Maraqla gözlənilən "Joker" filmi üçün tanıtım işlərinə sürət verən Warner Bros., filmdən yeni bir tanıtım treyleri yayımladı. Yayımlanan bu yeni treyler, filmin Taxi Driver və King of Comedy kimi Martin Skorzes (Martin Scorsese) filmlərindən izlər daşıyacağını göstərir.
Xoakin Feniksin (Joaquin Phoenix) “Joker” filminin 4 oktyabr 2019-cu ildə premyerası gözlənilir.
Phoenix, ictimaiyyət tərəfından təcrid olunmuş komediyaçı olan Arthur Fleck xarakterinə həyat verir. Film, Arthur Fleck’in cinayət dünyasına addım atmağını və zamanla Joker olaraq bilinən cinayət dahisinə çevrilməsini mövzu edir. Xoakin Fenikslə (Joaquin Phoenix) bərabər filmin aktyor heyətində Robert De Niro, Zazi Bitts (Zazie Beetz), Şi Uiqem (Shea Whigham), Bill Camp və Marc Maron kimi önəmli simalar yer alır.
Todd Fillipsin (Todd Phillips) ssenarisini Scott Silver ilə birlikdə qələmə aldığı filmin alışılmış komikslərin adaptasiyalarının əksinə, çok daha xarakterik bir film olacağı deyilir. Yer aldığı filmlər baxımından olduqca seçici olan Phoenix’in bu filmdə rol almağı qəbul etmiş olması da, filmdən gözləntiləri yüksəldir.