Son illərin ən yaxşı zombi filmləri arasında yer alan 2016-cı il istehsalı Train to Busan’ın davam filmi olan Train to Busan Presents: Peninsula’dan ilk treyler yayımlandı.
Zombi filmlərinə yeni bir nəfəs gətirən Train to Busan – Busanhaeng, 2016-cı ildə premyerası olmuş və çox bəyənilmişdi. Həm izləyicidən, həm də tənqidçilərdən tərif toplayan film, dünya miqyasında 92.6 milyon dollar gəlir əldə edərək uğurlu bir nəticə əldə etdi. Filmin aldığı müsbət rəylər və kassada əldə etdiyi uğur, davam filmi çəkilməsinin də önünü açdı.
İlk filmin də rejissoru olan Sang-ho Yeon‘nun yazıb rejissoru olduğu davam filmi Train to Busan Presents: Peninsula, bu il filmsevərlərin ixtiyarına veriləcək. Bu yay premyerası olması planlaşdırılan film üçün həyəcanlı gözlənti davam edərkən, filmdən ilk tanıtım treyleri yayımlandı. Train to Busan Presents: Peninsula’nın bu il premyerası olması planlaşdırılır.
Filmsevərləri kəskin janrlı, qorxu dolu bir yola çıxaran Train to Busan, Cənubi Koreyada bir zombi istilası vaxtında Seul’dan Busan’a getməkdə olan bir qatardakı sərnişinlərin həyatda qalma mübarizəsini danışırdı. Train to Busan’da yaşananların dört il sonrasında keçən Train to Busan Presents: Peninsula isə çətin bir tapşırıq üçün zombi istilası altındakı bölgəyə geri qayıtmaq məcburiyyətində qalan bir əsgərə hədəflənir.Yayımlanan bu treyler, davam filminin izləyiciləri ilk filmdə gördüyümüzdən çox daha fərqli bir dünyaya aparacığını göstərir. Koronavirus epidemiyası bütün dünyada premyera təqvimlərini alt-üst etdiyi üçün Train to Busan Presents: Peninsula’nın nə vaxt premyerasının olması naməlumluğunu qoruyur. Ancaq kinoteatrların yenidən açılması vəziyyətində filmin, ilin ikinci yarısında filmsevərlərin ixtiyarına verilməsi planlaşdırılır.