Edqar Rayt "Set My Heart to Five"ın Rejissoru Olacaq!

03 Aprel, 2020

Edqar Rayt (Edgar Wright), Simon Stephenson’ın may ayında yayımlanacaq ilk romanı Set My Heart to Five’ın film adaptasiyasının rejissoru olacaq. Roman, 80-ci illər və 90-cı illərin adaptasiya filmlərini kəşf etməsi ilə duyğusal bir işıqlanma yaşayan bir robota hədəflənir.

Cornetto Üçləməsi, Scott Pilgrim vs. the World"XataBala" (Baby Driver) kimi izləyicinin qəlbini fəth edən filmlərə imza atan Edqar Rayt (Edgar Wright), bir yandan sosial medya hesaplarından sevdiği filmlərlə və rejissorlarla bağlı paylaşımlarda olarkən, digər bir yandan da koronavirus epidemiyası səbəbilə evdə qaldığımız bu günlərdə filmsevərlərlə kəşf baxımından film tövsiyyələri verir.



Eyni zamanda Edqar Rayt (Edgar Wright), bu karantin müddətində önümüzdəki dövrdə çəkəcəyi film proyektlərini də müəyyən edir. The Hollywood Reporter’ın xəbərinə görə Edqar Rayt (Edgar Wright), Simon Stephenson‘ın may ayında yayımlanacaq ilk romanı Set My Heart to Five‘ın film adaptasiyasının rejissoru olacaq. Edqar Raytın (Edgar Wright) rejissoru olacağı Set My Heart to Five adaptasiyasının premyera tarixi hələ dəqiqlik qazanmayıb.

Edgar Wright to Direct Set My Heart to Five – /Film

Simon Stephenson’ın Set My Heart to Five romanı, 2054-ci ildə baş tutur və bir android olan dişçi Jared’i hədəf nöqtəsinə alır. 80-ci illər və 90-cı illərin filmlərini kəşf etməsi ilə duyğusal bir aydınlanma yaşayan Jared, Amerikanın Qərb Sahilində, onu yaradan proqramçıyla görüşməsi və dünyayı dəyişdirəcək bir film ssenarisi yazmağa qərar verdiyi unudulmaz bir macəraya addım atır. Edqar Raytla (Edgar Wright) Last Night in Soho‘da birlikdə işləyən Focus FeaturesWorking Title Films’in qatqılarıyla çəkiləcək olan filmin aktyor heyəti, çəkiliş və premyera tarixi hələ məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər