Sony Pictures Maraqla Gözlənilən “Morbius”u 2021-ə Ertələdi!

01 Aprel, 2020

Sony Pictures, koronavirus epidemiyası səbəbilə yeddi filminin premyera tarixini dəyişdirdi. Bu yay premyerası olması planlaşdırılan Ghostbusters:  Afterlife, Morbius, Greyhound kimi filmlər 2021-ci ilə ertələndi.

Bütün dünyada qorxu yaradan koronavirus epidemiyası səbəbilə dünyanın dört bir yanında film salonlarının bağlanması, payız-yay aylarında premyerası olması planlaşdırılan filmlərin də ertələnməsinə səbəb oldu. No Time to Die, A Quiet Place Part II, Wonder Woman 1984 kimi filmlər bir-bir ertələndi.



İlk başda sadəcə mart-aprel aylarındaki filmlər ertələnərkən, epidemiyanın qısa müddətdə kontrol altına alınamayacağının razılaşması ilə birlikdə sonrakı aylarda yer alan filmlər də ertələnməyə başladı. Bu mənada Sony Pictures da hərəkətə keçdi və önümüzdəki dövrdə premyerası olması planlaşdırılan yeddi filmin premyera tarixi ertələndi. Ertələnən bu filmlər arasında Ghostbusters: AfterlifeMorbius kimi studiyanın böyük ümidlər bağladığı filmlər də yer alır. Sony Pictures’ın premyera tarixi ertələndiyi filmlərin keçmiş və yeni premyera tarixləri belədir: Greyhound – 12 iyun 2020 – hələ məlum deyil, Peter Rabbit 2: The Runaway – 8 iyul 2020 – 15 yanvar 2021, Ghostbusters: Afterlife – 10 iyul 2020 – 5 mart 2021, Morbius – 31 iyul 2020 – 19 mart 2021, Fatherhood – 15 yanvar 2021 – 23 oktyabr 2020, Uncharted – 5 mart 2021 – 8 oktyabr 2021.

Morbius,' 'Ghostbusters' Sequel and More Sony Movies Pushed Back ...

Sony Pictures’ın yay aylarında premyerası olacaq filmləri ilə birlikdə premyera təqvimi demək olar ki, tamamilə boşalıb. Bu nöqtədə hələ premyera təqvimində yer alan diqqətəlayiq proyektlər, Tenet, The French Dispatch, Wonder Woman 1984, The Green KnightFree Guy. Ancaq epidemiyanın gedişatı və insanlarda yaratdığı qorxu diqqətə alındıqda film salonlarında yenidən izləyici ilə dolması üçün uzun müddət gözlənilməsi lazım olan artıq məlum olduğu üçün bu filmlərin də önümüzdəki günlərdə ertələnməsi qaçınılmaz görünür.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər