Məhkəmə qərarına görə, HBO, 1992-ci ildə Kanal ilə Jackson arasında bağlanan müqavilənin şərtlərini pozub, əsasəndə sirləri qorumaq maddəsini. İddiaçılar HBO-dan cərimə olaraq 100 milyon ABŞ dolları tələb edillər.
Musiqiçi ilə kanal arasındakı saziş HBO canlı yayımlanan Bükreşdə The Dangerous Tour adlı konsertlə əlaqədar bağlanıb. Eyni zamanda, müğənni şərəf və ləyaqətinə böhtan atmamaq üçün təlimat əlavə edilmişdir. İddiaçılar, "Netlandiyadan Ayrılarkən" filmində HBO tərrəfindən müqavilənin şərtlərini pozdulduğuna inanır. "Tamaşaçı, ölü olan və özünü müdafiə edə bilməyən günahsız bir adamın biabırçı bir şəkildə, pul qazanması məqsədi ilə bir tərəfli və açıq təhgirini nümayiş edir."
Məhkəmədə həmçinin bildirilir ki, HBO-nun rəhbəri Riçard Plepler həmin vaxt kommunikasiya müavini vəzifəsində işləyirdi, Jackson ilə olan razılaşmadan xəbərdar olmuş və musiqiçi qarşısında öhdəlik götürmüşdü.
Michael Jacksonun yaxınları iddi edirlər ki "İndi, HBO kanalı pul qazanmaq məqsədi ilə, Michael Jacksonun bu dövrdə uşaqları aldatdığına dair yalan ittihamları edir. Şəxsi Məlumatların Yayılmaması Maddəsinin bundan kobud pozulmasını təsəvvür etmək çətindir. "
HBO, filmin formatını ləğv etməyi planlaşdırmır, "filmin etibarlılığını pozmaq üçün çarəsiz və uzun cəhdlərə baxmayaraq."
"Netlandiyadan Ayrılarkən" filmi - Michael Jackson yoldaşları olan iki gənc yaşlı oğlanların - Wade Robson və James Saifcak'ın hekayəsidir. Uzun müddətdir musiqiçini müdafiə etmələrinə baxmayaraq, yetkinlik yaşına çatandan sonra isə onlar Pop Kralının qurbanı olduqlarını etiraf etməyə başladılar.
Sundance Film Festivalı, filmin 4 saatlıq bir versiyasını göstərdi, lakin HBO tamaşaçıları üçün, film bu ilin 3 və 4 Martında nümayiş olunacaq iki hissəyə bölündü.