"Spider-Man 3"ün Çəkilişləri İyul Ayında Başlayacaq!

16 Mart, 2020

Marvel Film Kainatında Spider-Man’ə həyat verən Tom Holland, Spider-Man 3’ün çəkilişlərinə iyul ayında Atlantada başlanacağını və MJ xarakterinə həyat verən Zendayanın da filmdə rol alacağını açıqladı.

Marvel komikslərinin bəlkə də ən sevilən qəhrəmanı olan Spider-Man, böyük ekrandakı yolunu davam etdirir. 2017-ci ildə premyerası olan "Hörümçək Adam: Evə Qayıdış" (Spider-Man: Homecoming) ilə başlayan və keçən il premyerası olan "Hörümçək Adam: Evə Qayıdış" (Spider-Man: Far From Home) ilə davam edən yeni seriyanın üçüncü filmi üçün hazırlıqların sürət qazanmasıyla birlikdə, film haqqında ilk detallar da ortaya çıxmağa başladı.



Ötən günlərdə Philippine Daily Inquirer’a danışan Tom Holland, həyəcanla gözlənilən Spider-Man 3’ün çəkilişlərinə iyul ayında Atlantada başlayacaqlarını açıqladı. Spider-Man 3’də öncəki filmlərdən başqa kimləri görə biləcəyimiz soruşulan Holland, ilk iki filmdə MJ xarakterinə həyat verən Zendayanın filmdə olacağını qeyd etdi. Spider-Man 3 də Marvel film kainatında keçəcək.

Keçən il Disney və Sony arasında yaşanan narazılıq Spider-Man’in yenidən Marvel film kainatından ayrı olaraq yoluna davam etmə ehtimalını gündəmə gətirmiş olsa da, tərəflər nəhayət razılaşma əldə edildiyi üçün yeni Spider-Man filmi də Marvel film kainatının bir parçası olacaq. Filmi Marvel Studios hazırlayacaq. Hər zaman olduğu kimi paylaşımı Sony edəcək.



İlk iki filmin də rejissoru olan Con Uottsun (Jon Watts) rejissoru olacağı Spider-Man’də sevilən qəhrəmanı necə bir macəranın gözlədiyi hələlik naməlumluğunu qoruyur. Ancaq "Hörümçək Adam: Evə Qayıdış"da (Spider-Man: Far From Home) rol alan Michael Mando‘nun ötən günlərdə sosial şəbəkədə etdiyi paylaşım, Spider-Man komikslərindən tanıdığımız mənfi karakterlərdən biri olan Scorpion’un filmdə yer ala biləcəyini göstərir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər