Netflix Filmi “The Platform” Filmindən Treyler Yayımlandı!

10 Mart, 2020

Dünya premyerasını etdiyi 44-cü Toronto Film Festivalının “Gecəyarısı Çılgınlığı” seçkisində Xalqın Seçimi mükafatını qazanan Netflix filmi “The Platform”dan treyler yayımlandı. Mövzusu ilə maraq oyandıran film, 20 martda Netflixdə yayımlanacaq.

Karyerasını prodüser olaraq formalaşdıran Galder Gaztelu-Urrutia‘nın ilk uzunmetrajlı filminə imza atdığı “The Platform”, dünya premyerasını etdiyi 44-cü Toronto Film Festivalında diqqətlərini üstünə çəkdi. Festivalın ilin önəmli qorxu filmlərinin yer aldığı “Geceyarısı Çılgınlığı” seçkisində göstərilən film, bu seçkidəki Xalqın Seçimi mükafatını qazanmasıyla adını geniş kütlələrə eşitdirdi.



Netflixdə izləyici qarşısına çıxacaq olan filmin ssenarisini David DesolaPedro Rivero ikilisi qələmə alır. Filmin aktyor heyətində Zorion Eguileor, Ivan Massagué, Alexandra Masangkay, Antonia San Juan kimi adlar yer alır. The Platform filmi 20 martda Netflixdə yayımlanacaq.



İzləyiciyi distopik bir gələcəyə aparan “The Platform”, hər qatda bir hücrənin, hər hücrədə iki nəfərin olduğu şaquli bir həbsxanada keçir. Hər gün sadəcə iki dəqiqə bu şaquli həbsxananın ən üst qatından aşağı yemək göndərilir. Üst qatdakılar yeməkləri ələ keçirmək üçün zamana qarşı yarışarkən, ən alt qatdakılar aclıq içində hər keçən gün biraz daha vəhşi, biraz daha radikal hal alır.

Filmdə üst qatdakıların alt qatdakılara görə daha yaxşı bəsləndiyi bu həpsxanadakı bir məhkumun, hamıya yetərincə yemək çatması üçün sistemdə dəyişiklik etməyə başlamasıyla yaşanan hadisələri mövzu götürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər