Spider-Man 3'ün Rəsmi Adı "Spider-Man: Serenity Now" Oldu!

02 Mart, 2020

Tom Holland'ın baş rolunda yer aldığı SonyMarvel ortaq istehsalı "Hörümçək adam" (Spider-Man) seriyasının davam filminin adı rəsmi olaraq açıqlandı. Xəbər verildiyinə görə "Spider-Man 3"ün adı Spider-Man: Serenity Now olacaq. Filmin digər detalları mövzusunda hələ bir açıqlama verilmədi.

Tom Hollandın verdiyi açıqlamaya görə üçüncü filmlə birlikdə Marvel film kainatına vəda edərək Sony daxilindəki daimiliyini qoruyacaq olan "Hörümçək adam" (Spider-Man) seriyası haqqında bir yenilik yaşandı. Peter Parker'ın hekayəsini danışmağa davam edən “Spider-Man 3”ün rəsmi adı Spider-Man: Serenity Now olub. İstehsalına gələn yay aylarında başlanacaq olan davam filminin adı üçün Seinfeld adlı komediya serialından ilham alındığı şayiələri dolaşır. Serenity Now, Seinfeld'in final sezonunda yer alan klassikləşmiş seriyalarından birinin adıdır. "Hörümçək Adam: Yüksək Gərginlik"in (Spider-Man 2) adı üçün də Con Uotts (Jon Watts) bir Seinfeld detalını istifadə etməyi seçmişdi. Bu detal da The Summer of George seriyası olmuşdu. Bu vəziyyətdə Con Uottsun (Jon Watts) üzərində Seinfeld'in yetərincə təsiri olduğu görülür.

Картинки по запросу "Marvel Studios' Spider-Man 3 Working Title Revealed"

Spider Man xarakterinin Marvel'dən necə ayrılaraq Sony'də davam etdiriləcəyi bilinir. Tom Holland'ın dediklərinə görə Sony'nin bunun üçün möhtəşəm fikirləri var. Keçən yay aylarında Spider-Man seriyası üzərində Disney'in daha çox haqq istəməsindən sonra Sony geri addım atmış və Marvel ilə olan ortaqlığını sonlandırmışdı. Ancaq bir müddət sonra aralarındakı anlaşmazlıq bitmiş və seriyanın üçüncü filmi üçün yenidən ortaqlıq olacağı qeyd edilmişdi. Hal-hazırda Sony, öz komiks adaptasiyası kainatını yaratmağa davam edir. Morbius 31 iyul tarixində kinoteatrlardakı yerini alacağı və “Venom 2”nin çəkilişlərinin davam etdiyi bilinir. Bundan əlavə Madame Web və hələ adı açıqlanmayan, ancaq premyera tarixi müəyyən edilən bir komiks adaptasiyası üçün hərəkətə keçildiyi bilinir.

Картинки по запросу "Marvel Studios' Spider-Man 3 Working Title Revealed"

Spider-Man: Serenity Now'ın heç bir detalı hələ açıqlanmadı. Pis xarakterin kim olacağı da bilinməyənlər arasında yer alır. Spider-Man seriyasının ikinci filmi “Hörümçək Adam: Evdən Uzaq”, 1 milyard dollarlıq kassa gəliri əldə edilmişdi. Beləcə Marvelin ən yüksək gəlirli filmləri arasındakı yerini almışdı. İlk iki filmin rejissor kürsüsündə Con Uotts (Jon Watts) otururdu və davam filminin rejissor kürsüsünə də Con Uotts (Jon Watts) keçəcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər