“Krid 2” (Creed 2) Filmi Haqqında Bilmədiklərimiz!

29 Mart, 2019

80-ci illərin ən mühim simalarından biri Silvestr Stallone  (Sylvester Stallone) idi. Necə ki “Terminator” filmi Arnold Şvartseneggeri (Arnold Schwarzenegger) o dövrün əfsanələrindən biri halına gətirdi, 1976 tarixli “Rokki” (Rocky) də, Stallone üçün eyni şeyi gerçəkləşdirdi. Olduqca çətin vəziyyətdə ikən əlindəki ssenarini büyük mübarizə nəticəsində qəbul etdirən və dünyada tanınan məşhur boksçu Rokki Balboanın (Rocky Balboa) yenidən doğulmasına səbəb olan aktyor, çox vaxt tamaşaçının ağlında belə qaldı.

Rayan Kuqlerin (Ryan Coogler) ssenarisni yazdığı və rejissorluğunu etdiyi 2015-ci il tarixli filmi “Krid”, filmsevərlərlə yeni çağın qəhrəmanını tanış etdi; Adonis Creed. orijinal seriyada əvvəlcə Rokkinin rəqibi, sonra yaxın dostuna çevrilən Apollonun oğlunun doğuş hekayəsi. Təbii olaraq ilk reaksiyalar “bu qədər yetərlidir” kimi oldusa da, proyektin premyerasından sonra möhtəşəm bir idman – dram proyekti ilə qarşılaşdıq. Aktyorların nümayiş etdirdiyi möhtəşəm performansdan tutmuş, ssenarisinə qədər hər şey yeri-yerində idi. Stallone həm mərkəzdə idi, həm deyildi, keçmişin o kədərləndirən xatirələri sui-istifadə edilmirdi və ən vacibi danışılacaq bir hekayə var idi.

«Крид 2»: первые отзывы критиков

İlk hissədə yeni dövrün qəhrəmanı Adonis (Donny), premyerası baş tutan “Krid 2” ilə birlikdə özünü gerçəkləşdirdi. Bir dəfə daha Maykl B. Cordan (Michael B. Jordan) tərəfındən canlandırılan xarakter, ağır çəkidə gələ biləcəyi ən yüksək nöqtədə “artıq bu qədər yetər” deyir. Qızıl kəmərini alan, Bianka (Tessa Thompson) ilə münasibətini rəsmiləşdirmək istəyən və atasını da tamamən keçmişdə buraxaraq, yeni bir həyata addım atan gənc boksçu, təbii olaraq asan yoldan istədiyinə çata bilər. 

Похожее изображение

“Rokki 4” (Rocky IV) filmində, atasını rinqdə öldürən, ancaq finalda Balboa tərəfindən məğlub olan Ivan Draqo (Dolph Lundgren) geri qayıdır, özü kimi yetişdirdiyi oğlu Viktor (Florian Munteanu) ilə birlikdə qisas almaq istəyir. Adonis necə atasız olaraq böyüyübsə, Viktor da atasının məğlubiyyəti səbəbindən Rusiyada yaşaya bilməyib, Ukraynada həyatına davam etməyə çalışıb. Beləcə iki köhnə düşmən və onların yeni nəsildəki təmsilçiləri qarşı-qarşıya gəlmiş olur.

“Krid 2” eynən “Rokki”nin davam filmlərinin yolundan getməyə üstünlük verib. Bu dəfə Stallone Juel Taylor tərəfındən yazılan ssenari, məqsədinə çatan, ancaq yenə bəzi səbəblərə görə özünü rinqin ortasında tapan qəhrəmanın hekayəsini əsas götürür. Şöhrətini qorumaq, ya da dostunun qisasını almaq adına andını pozan Rokkinin yerini “Krid” alır. Evlilik, başka bir tərəfdən həyata baxış, keçmişdəki əzablardan uzaq bir yerə addımlayan, qazanmaq üçün təkrar çalışan, tər tökən, sevdikləri ilə qarşı-qarşıya gələn, sözə qulaq asmayan və hirsli bir gənc.


Картинки по запросу крид 2

Ancaq bizi sevindirən tərəfi, nə edəcəyini yaxşı bilən Silvestr Stallone (Sylvester Stallone) sayəsinde bu şablonların ola biləcəyinə - səmimi, inandırıcı və həyəcan verici olmasıdır.

Yeni “Krid” filmi həm bir “Rokki” seriyasının davamı, həm tək-tənha bir “Krid” hekayəsi, həm də modern filmdir. Filmdə, xarakterik bir hekayəsi qədər, adrenalin dolu döyüşlərin də sizi məst edəcəyini unutmayın.


Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər