Yeni Bir Star Wars Filminin Rejissorluğunu Tayka Vaytiti Edə Bilər!

18 Yanvar, 2020

Lucasfilm, yeni bir Star Wars filminin rejissorluğu üçün Tayka Vaytiti (Taika Waititi) ilə görüşür. Razılaşma əsnasında Waititi, Thor: Love and Thunder’ın ardından yeni Star Wars filminə keçə bilər.

Bir yandan Jojo RabbitNext Goal Wins kimi müstəqil proyektlərə imza atan bir yandan da Thor: Love and ThunderAkira kimi yüksək büdcəli proyektlər üzərində çalışan Tayka Vaytiti (Taika Waititi), Star Wars kainatında önəmli bir ad olma yolunda sürətlə irəliləyir. Çox bəyənilən Star Wars serialı The Mandalorian‘da IG-11’i səsləndirən, eyni zamanda ilk sezonun son seriyasının rejissoru olan Tayka Vaytiti (Taika Waititi), çox yaxında yeni bir Star Wars filmində rejissor kürsüsünə otura bilər.



Yeni Star Wars üçləməsinin başa çatmasının ardından bu kainatın gələcəyini formalaşdırmaq üçün çalışmalara sürət verən Lucasfilm, yeni bir Star Wars filminin rejissorluğu üçün Tayka Vaytiti (Taika Waititi) ilə görüşür. Bu görüşlərin hansı nöqtədə olduğu hələlik naməlum olaraq qalır. Ancaq Disney çatısı altında Marvel filmlərinə imza atan, The Mandalorian’la Star Wars kainatına də giriş edən Tayka Vaytitinin (Taika Waititi) studiya ilə olduqca yaxşı münasibətlərə sahib olması, görüşlərin müsbət nəticələri ehtimalının olduqca yüksək olduğunu düşündürür. Tayka Vaytitinin (Taika Waititi), Thor: Love and Thunder’ın ardından Yeni Star Wars filminə keçə bilər.

Картинки по запросу Taika Waititi Courted for 'Star Wars' Movie

Lucasfilm’in gələcək planları son aylarda alt-üst olduğu üçün Tayka Vaytiti (Taika Waititi) ilə hansı proyekt üçün görüşüldüğü bilinir. Bu anda dəqiq olaraq hazırlıq mərhələsində olan tək Star Wars filmi, Kevin Fayginin (Kevin Feige) hazırladığı proyekt. Tor: Raqnaroku (Thor: Ragnarok) rejissoru olarkən Kevin Faygi (Kevin Feige) ilə birlikdə çalışan Kevin Fayginin (Kevin Feige) prodüseri olduğu bu Star Wars filminin rejissoru olması gözlənilir. Ancaq hələlik bu şayiələri dəstəkləyən bir məlumat var.

Ən Yaxşı Film daxil 6 namizədlikdə “Oskar” namizədliyi qazanan Jojo Rabbit ilə yenidən adından təriflə söz etdirən Tayka Vaytiti (Taika Waititi), Maykl Fassbenderli (Michael Fassbender) yeni filmi Next Goal Wins‘in çəkilişlərini ötən günlərdə tamamladıq. Qısa müddət içində Thor: Love and Thunder‘in çəkilişlərinə başlaması gözlənilən Tayka Vaytiti (Taika Waititi), rejissoru olacağı açıqlanan ancaq davamlı olaraq ertələnən Akira filmindən də vaz keçmiş deyil. Ancaq rejissorun yeni bir Star Wars filmi çəkməyə qərar verməsi vəziyyətində Akira’dan vaz keçməsi lazım ola bilər.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər