“Qodzilla: Bədheybətlərin Kralı”nın Yeni Treyleri Çıxdı!

19 Mart, 2019

Aktyor heyətində Milli Bobbi Braun (Millie Bobby Brown), Vera Farmiqa (Vera Farmiga), Salli Hokins (Sally Hawkins) və Kayl Çendlerin (Kyle Chandler) yer aldığı “Qodzilla: Bedheybətlərin Kralı”nın (Godzilla: King of the Monsters) yeni tanıtım treyleri yayımlandı.

Rejissorluğunu Qaret Edvardsın (Gareth Edwards) üstləndiyi 2014-ci il istehsalı Qodzillanın (Godzilla) böyük maraqla gözlənən davam filmi bu il filmsevərlərin ixtiyarına veriləcək. May ayında premyerası olacaq “Qodzilla: Bədheybətlərin Kralı” (Godzilla: King of the Monsters) üçün tanıtım işlərinə sürət verən Legendary, filmdən yeni bir tanıtım treyleri yayımladı.



Son olaraq 2011-ci il istehsalı “Krampus” filminin rejissorluğunu edən Maykl Doqertinin (Michael Dougherty) üstləndiyi filmin baş rolunda Stranger Things’dəki Eleven rolu ilə adını geniş auditoriyaya tanıtdırmağı bacaran Milli Bobbi Braun (Millie Bobby Brown) yer alır. Braun’un ilk uzunmetrajlı filmi olan yeni “Qodzilla” (Godzilla) filmində gənç aktyorla yanaşı Vera Farmiqa (Vera Farmiga), Salli Hokins (Sally Hawkins), Kayl Çendler (Kyle Chandler), Bredli Uitford (Bradley Whitford), Çarlz Dens (Charles Dance) və O’Shea Jackson Jr. kimi simalar iştirak edəcək. Filmin ssenarisini isə Doqerti (Dougherty), daha əvvəl Krampus’da birlikde çalışdığı Zak Şildslə (Zach Shields) birlikdə qələmə alıb.




Film, Legendary’nin QodzillaKinq-Konq kimi, film tarixində önəmli yerə sahib personajları bir araya gətirəcək olan yeni film dünyasının bir parçası olacaq. Studiyanın MonsterVerse adını verdiyi film planetində "Qodzilla" filmləri ilə yanaşı 2017-ci il istehsalı "Konq: Kəllə adası" (Kong: Skull Island) filmi də yer alır.

Bu studiyanın ən diqqətçəkici istehsalı olan Godzilla vs. Kong üçün isə hazırlıqlar davam edir. The GuestYou’re Next kimi sevilən qorxu filmlərinin rejissoru olan Adam Uinqardın (Adam Wingard) rejissor kürsüsündə oturduğu Godzilla vs. Kong gələn il filmsevərlərin ixtiyarına veriləcək. Adından da başa düşüldüyü kimi bu iki əfsanələşmiş personajları qarşı-qarşıya gətirəcək filmdə "Qodzilla: Bədheybətlərin Kralı"nın (Godzilla: King of the Monsters) aktyor heyətindən də bir çox simalar yer alacaq.

Похожее изображение

Warner Bros. şirkəti “Qodzilla Kinq-Konqa qarşı” filminin premyerasının 2020-ci ilin 21 mayında yox, 13 martında olacağını açıqlayıb. Beləliklə də, o "Forsaj" filmi ilə rəqabətdən qaça biləcək. Filmdə bədheybətlərin Yer üzərində gəzdiyi vaxtda, insanlıq mübarizəsi planetin ən qüdrətli canlılarından olan QodzillaKonqu, əsrin ən böyük döyüşündə qarşı-qarşıya qoyacaq. Gizli hökumət təşkilatı “Monarx”ın üzvləri iki titanın mənşəyi haqqında məlumat tapmaq üçün missiyaya göndərildikləri müddətdə, bəşəriyyət bu canlıları - həm yaxşı, həm də pisləri məhv etmək üçün plan hazırlayır. 1960-cı illərin klassik lentinin rejissoru isə Adam Uinqarddır. Filmin bütün hissələrinin ssenarisi Terri Rossioya aiddir. O həmçinin 1998-ci ildə ekrana çıxan  “Karib dənizinin quldurları”  “Qodzillanın” da ssenari müəllifi olub.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər