Tom Hollandlı Pixar Filmi "Onward"dan Yeni Treyler Yayımlandı!

28 Noyabr, 2019


Səsləndirmə heyətində Kris Pratt (Chris Pratt), Tom HollandJulia Louis-Dreyfus kimi adların yer aldığı Pixar filmi Onward’dan yeni treyler yayımlandı. Filmin, 4 aprel 2020-ci ildə premyerası olacaq.

Toy Story, Wall-e, Up, Inside Out, The Incredibles, "Fatmagülün sirri nə" (Coco) kimi unudulmaz animasiya filmləri film dünyasına qazandıran Pixar, gələn il iki yeni filmlə filmsevərlərin qarşısına çıxacaq. Bunlardan ilki iki elf qardaşın əyləncəli macərasını danışan Onward, ikincisi isə Inside Out ilə oxşar olan Soul olacaq. Hər iki film üçün də tanıtım işlərini davam etdirən Disney, Onwarddan yeni treyler yayımladı.



"Bədheybətlər universiteti" (Monster University) ilə tanınan Den Skenlonun (Dan Scanlon) yazıb, rejissoru olduğu filmin səsləndirmə heyətində Kris Pratt (Chris Pratt), Tom Holland, Julia Louis-DreyfusOktaviya Spenser (Octavia Spencer) kimi önəmli adlar yer alır. Onwardın, 4 aprel 2020-ci ildə premyerası planlaşdırılır. Onward, iki elf  qardaşın dünya miqyasında biraz da olsa sehr qalıb qalmadığını araşdırmaq üçün çıxdıqları macərayı mövzu götürür. 



Filmdə Kris Pratt (Chris Pratt) səs-küylü böyük qardaş Barley Lightfoot’u səsləndirərkən, Tom Holland da çəkingən kiçik qardaş Ian Lightfoot’a səsiylə həyat verir. Veep serialı ilə çox bəyənilən Julia Louis-Dreyfus isə ikilinin anasını səsləndirir. İkiliyi bu əyləncəli macəraya çıxmağa itələyənsə, hələ hər ikisi də uşaqkən ölən ataları olur.

Həm Kris Pratt (Chris Pratt), həm də Tom Holland animasiya filmlərə aşina adlardır. Pratt daha əvvəl The LEGO MovieThe LEGO Movie 2 filmlərində Emmet Bricowski xarakterini səslendirmişdi. Holland isə önümüzdəki ay premyerası olacaq Spies in Disguise filmində Walter Beckett xarakterinə səsiylə həyat verib.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər