Prodüserlər yüksək kassa gəliri əldə edən “Transformerlər” (Transformers) filminin seriyalarını davam etdirmək qərarına gəliblər. 2017-ci il istehsalı olan “Transformerlər: Sonuncu Legion”nun (Transformers: The Last Knight) ardından yeni bir filmlə kinoteatrlarla geri dönməyə hazırlanırlar. “Transformerlər” 6-nın hazırlıq ərəfəsində olduğu açıqlandı.
2007-ci ildə istehsalı oolan, Şaya LaBafın (Shia LaBeouf) iştirak etdiyi filmlə başlayan “Transformerlər” (Transformers) seriyası, kassada büyük uğur əldə etdikdən sonra seriya istehsalı zərurətə çevrildi və özündən sonra dörd davam filminin gəlməsinə səbəb oldu. Hər dəfə robotların bir-biri ilə döyüşdüyünü izlədiyimiz, hər yeni çıxan filmlə keyfiyyəti getdikcə düşən “Transformerlər” (Transformers) filminin seriyaları, film macərasına təkidlə davam edir.
Seriya spin-off filmi “Bumblebee” ilə daha geniş çərçivəyə çıxmağa cəhd göstərdi. "Bumblebee"nin uğurlu kassa performansı və aldığı xoşagələn reaksiyalardan sonra davam filminin çəkiləcəyi açıqlanmışdı. Sonrakı illərdə yeni bir “Bumblebee” filmi izləməyi düşündüyümüz vaxtda; “Transformerlər” (Transformers) seriyasına yeni bir davam filmi çəkilməsi gerçəyi ilə baş-başa qaldığımızı qeyd edək.
Yenə Maykl Beyin (Michael Bay) rejissorluq etdiyi 2017-ci il istehsalı “Transformerlər: Sonuncu Legion”nun (Transformers: The Last Knight) prodüseri Lorenzo Di Bonaventura (Lorenzo Di Bonaventura), seriyanın gələcəyinə dair hamımızı üsyan etmə nöqtəsina gətirəcək bir açıqlamaya imza atdı.
Lorenzo di Bonavanturanın (Lorenzo Di Bonaventura) açıqlamasına görə “Transformerlər: Sonuncu Legion”a (Transformers: The Last Knight) yeni bir davam filmi gəlir. Yəni Transformers seriyası 6-ci filmlə macəralarına qaldığı yerdən davam edir. Proyektin detalları ilə bağlı məlumat verməktən çəkinən prodüser, Optimus Prime və Bumblebee xarakterlərini eyni çatı altında görüşdürərək filmlər çəkmək istədiklərini də qeyd etdi.
“Transformerlər: Sonuncu Legion”nun (Transformers: The Last Knight), əvvəlki filmlərinə nəzərən daha aşağı kassa gəliri əldə etməsi nəticəsində seriyanın bitəcəyini düşünürduk. Ancaq prodüser şirkəti Paramount Pictures’in, “Transformerlər” (Transformers) ilə bağlı planlarının düşündüyümüz kimi olmadığını göstərdi.