Mark Uolberq “Uncharted” Filmində Rol Ala Bilər!

18 Noyabr, 2019

Mark Uolberq (Mark Wahlberg), eyniadlı video oyunu seriyasından filmə adaptasiya olunan, baş rolunu Tom Holland’ın üstlənəcəyi Uncharted filmində rol almaq üçün razılaşma əldə etmək üzrədir.

"Məkr Yuvası" (Resident Evil) ilə bərabər 2000-ci illərdə, video oyunlarından böyük ekrana adaptasiya olunan filmlər silsiləsi başlamış, sonrakı illərdə "Tomb Rayder" (Tomb Raider), Warcraft, Assassin’s Creed, Saylent Hill (Silent Hill), Sürət Ehtirası (Need for Speed), Max Payne, Doom, Street Fighter kimi adaptasiyalar filmdə varlıq göstərmişdi. Ancaq bu adaptasiyalar gözlənilən təsiri verə bilməmiş, xüsusilə oyun sevərləri xəyal qırıqlığına uğratmışdı.

Картинки по запросу Mark Wahlberg to Star Opposite Tom Holland in Sony’s ‘Uncharted’ Movie

Video oyunlarından filmə adapatasiya olunan filmlərə bir yenisi daha əlavə olunur. PlayStation’ın konsol oyunları üçün istehsal olunan və zamanla böyük bir fanat ordusu əldə edən populyar video oyunu seriyası Uncharted filmə adaptasiya olunur. Əslində Uncharted seriyasının bazara çıxarılan bütün oyunları, hekayə baxımından uğurlu film səhnələrinə sahipdir. Demək olarki estetikasından fərqli olmayan oyunun böyük ekrana adapatasiya olunması, xüsusilə oyun sevərlər tərəfindən həyəcanla gözlənilir.

Oyunu adaptasiya etmək üçün uzun illərdir çalışan Sony də bu mövzuda diqqətli çalışmalarını davam etdirir. Filmin rejissorluğunu animasiya filmi Kubo and the Two Strings’lə sevilən, daha sonra çəkdiyi Bumblebee ilə adını daha geniş kütlələrə tanıdan Travis Knight üstlənir. Filmin baş rolunda isə Marvel film kainatında "Hörümçək adam" (Spider-Man) olaraq izlədiyimiz Tom Holland yer alır.

Картинки по запросу Mark Wahlberg to Star Opposite Tom Holland in Sony’s ‘Uncharted’ Movie

Tom Holland’lı Uncharted’ın çəkilişləri gələn il başlayacaq. Filmdə Tom Holland’la yanaşı rol alacaq aktyorla bağlı araşdırmalarını davam etdirən Sony, film dünyasının peşəkar aktyorlarından biriylə razılaşma əldə etmək üzrədir. Variety’nin xəbərinə görə  "Döyüşçü" (The Fighter) və "Dönüklər" (The Departed) filmləri ilə “Oskar”a namizəd olan, ən son "Tez-bazar ailəşmə"də (Instant Family) qarşımıza çıxan Mark Uolberq (Mark Wahlberg), Uncharted filmində rol ala bilər. Sony və Mark Uolberq (Mark Wahlberg) arasındakı görüşlər davam edir. Hətta tərəflər arasındakı görüşün son mərhələyə gəldiyini vurğulamaqda fayda var. Buradan hərəkətlə, aktyorun filmdə rol almasının olduqca qüvvətli bir ehtimal olduğunu deyə bilərik.

Uncharted, xəzinə ovçusu olaraq macəradan macəraya qaçan Nathan Drake’in hekayəsini mövzu götürür. Filmdə Tom Holland, xəzinə arayışında bir çox təhdidə sinə gərən Nathan Drake xarakterinə həyat verəcək. Rolu qəbul etməsi vəziyyətində Mark Uolberqin (Mark Wahlberg), Nathan’ın müəllimi və ata fiquru olaraq gördüyü Victor Sullivan xarakterini canlandıracağını da əlavə edək.

Filmin ssenarisini Chuck və Agents of S.H.I.E.L.D. seriallarının ssenaristi Rafe Judkins, ilk "Dəmir adam" (Iron Man) filminin ssenaristləri arasında yer alan, daha sonra Transformers: The Last Knight, "Qara geyimli adamlar: İnterneşnl" (Men in Black: International) filmlərində də birlikdə çalışan Art MarcumMett Hollouey (Matt Holloway) ilə birlikdə qələmə alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər