Endrü Qarfild "Tick, Tick… Boom!"un Baş Rolunda Yer Alacaq!

04 Noyabr, 2019


Hamilton müziklı ilə haqqında təriflə danışdıran Lin-Manuel Miranda’nın rejissoru olacağı, müzikl janrındakı Tick, Tick… Boom!’un baş rolunda Endrü Qarfild (Andrew Garfield) yer alacaq.

Pulitzer mükafatlı Hamilton müziklının yaradıcısı Lin-Manuel Miranda, film dünyasında diqqət çəkici işlərə imza atmağa davam edir. Moana üçün hazırladığı “How Far I’ll Go” mahnısı ilə 2017-ci ildə Ən Yaxşı Mahnı “Oskar”ı kateqoriyasında ilk namizədliyini qazanan Miranda, keçən il də Mary Poppins Returns ilə filmsevərlərin qarşısına çıxdı. Teatr səhnəsindən sonra böyük ekranda da boy göstərməyə başlayan Miranda, bir yandan yeni proyektlərdə yer almağa davam edərkən bir yandan da ilk uzunmetrajlısının rejissoru olmağa hazırlaşır.

Картинки по запросу Andrew Garfield To Star In Lin-Manuel Miranda Netflix Adaptation of ‘Rent’ Playwright Jonathan Larson’s ‘tick, tick…BOOM!’

Lin-Manuel Miranda’nın ilk uzunmetrajlısının müzikl janrındakı Tick, Tick… Boom! olacağı ötən aylarda ortaya çıxmış, filmin haqlarını Netflix satın almışdı. O dövrdə çıxan xəbərlərdə filmin baş rolunu Endrü Qarfildin (Andrew Garfield) üstlənəcəyi vurğulanırdı. Ancaq aradan keçən müddətdə bu mövzuda her-hansı bir irəliləyiş olmadı. Bu vəziyyət Qarfild ilə razılaşma əldə edilmədiyini düşündürməyə başlarkən gözlənilən xəbər gəldi. Deadline’ın xəbərinə görə filmin baş rolunu üstlənməsi üçün Endrü Qarfild (Andrew Garfield) ilə razılaşıldı.

Conatan Larsonun (Jonathan Larson) Rent tamaşasından götürülən filmin ssenarisini Dear Evan Hansen müziklının da ssenaristi olan Steven Levenson qələmə alır. Levenson eyni zamanda Julie Larson ilə bərabər filmin aparıcı prodüserliyini üstlənir. Imagine Entertainment şirkətindən Brian Gazer, Ron Hovard (Ron Howard) və Julie Oh da filmin prodüserləri arasında yer alır.

Картинки по запросу Andrew Garfield To Star In Lin-Manuel Miranda Netflix Adaptation of ‘Rent’ Playwright Jonathan Larson’s ‘tick, tick…BOOM!’

Tick, Tick… Boom!, Rent’in yaradıcısı olan Jonathan Larson’ın həyatından ilhamlanıb. Tick, Tick… Boom’un baş xarakteri Jon, New York’da ofisiantlıq edərkən eyni zamanda özünü şöhrətə qovuşdurmasını umduğu Suberbia adında bir müzikl yazan həvəsli bir teatr yazıçısıdır. Bir yandan öz həyatını Jon’un karyerası üçün ertələməkdən bezmiş sevgilisi Susan’ın təzyiqlərinin öhdəsindən gəlməyə çalışır. Bir yandan da ən yaxın dostu olan Micheal, Madison Avenue’da yüksək maaşlı bir reklam işi üçün istəklərindən vaz keçib, köçmək üzrədir. Jon 30 yaş gününə yaxınlaşarkən, xəyallarının nələrə səbəb olacağının gətirdiyi narahatlıqla bacarmaq məcburiyyətindədir. Rent kimi Tick, Tick… Boom! da Rent ilk dəfə səhnəyə qoyulmadan bir gecə əvvəl həyatını Jonathan Larson’ın həyatından izlər daşıyan bioqrafik bir əsər olacaq.

Filmin ilham mənbəyi olan Rent, 1996-cı ildə drama nominasiyasında Pulitzer mükafatı qazanmış və 12 il müddətində Great White Way’də səhnələnərək Broadway’in ən uzun müddət səhnədə qalan 11-ci tamaşası olmuşdu. Larson da ölümünün ardından Rent ilə üç Tony mükafatı qazanmışdı.

Angels in America tamaşasındakı Tony mükafatlı rolundan yeni çıxmış olan Endrü Qarfild (Andrew Garfield), Miranda’nın yeni filmində baş rolu üstlənməsi üçün olduqca uyğun bir namizəd olaraq görünür.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər