“Ələddin” (Aladdin) Filmindən Yeni Treyler Yayımlandı!

13 Mart, 2019


“Disney”in klassik filmlərindən olan “Ələddin”in (Aladdin) yeni live-action versiyası ilə treyleri yayımlandı. Qay Riçinin (Guy Ritchie) rejissorluğunu üstləndiyi, baş rollarını Uill Smit, Mena Massoud və Naomi Skottun (Naomi Scott) oynadığı filmin, 24 mayda premyerası gözlənilir.

Son vaxtlar Sindirella (Cinderella), (The Jungle Book) və Gözəl və Bədheybət (Beauty and the Beast) kimi sevilən animasiya filmlərinin live-action versiyalarını çəkən Disney, bu siyahıya birini də əlavə etdi. 1992-ci ildə tamaşaçıların ixtiyarına verilən və Robin Uilyamsın (Robin Williams) unudulmaz performansıyla yaddaşlarda qalan “Ələddin”in (Aladdin) yeni versiyası bu il kinoteatrlarda göstəriləcək. Disney, may ayında premyerası olacaq “Ələddin” (Aladdin) üçün tanıtım kampaniyalarına sürət qazandırıb.

Uill Smitin (Will Smith) canlandırdığı Cin daha əvvəl yayımlanan tanıtım treylerində mavi rəngi ilə ilk dəfə görülmüşdü, ancaq filmsevərlərin xarakterin bu yeni versiyasına verdiyi reaksiya, heç də Disney’in istədiyi kimi olmamışdı. Yayımlanan bu yeni treyler, Uill Smitin özü kimi göründüyü səhnələrə daha çox yer verərək filmsevərlərin şübhəsini biraz da olsa azaltmağı hədəfləyir.



Son olaraq "King Arthur: Legend of the Sword" filmi ilə filmsevərlərin qarşısına çıxan Qay Riçinin (Guy Ritchie) rejissoru olduğu filmdə, Uill Smitlə yanaşı, Ələddin rolu ilə Mena Massoud və Jasmin rolu ilə Naomi Skott iştirak edəcək. Filmin aktyor heyətində Mərvan Kenzari ( Marwan Kenzari), Navid Negahban, Nasim Pedrad, Billi Maqnussen (Billy Magnussen) və Numan Acar kimi məşhur simalar da yer alır.

Похожее изображение

Riçinin ssenarisini, Big Fish və Corpse Bride’ta Tim Börtonla (Tim Burton) birlikdə çalışmış Con Oqast (John August) ilə birlikdə qələmə aldığı filmdə, orijinal filmdəki sevilən mahnılarla yanaşı yeni mahnılar da yer alacaq. Filmdə yer alacaq yeni mahnıları, 1992-ci ildə çıxan filmin də bəstəkarı olan 8 “Oskar” mükafatı qazanan Alan Menken, La La Land’in mahnılarını yazan Benj Pasek və Justin Paul ilə birlikdə hazırlayacaq.






Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər