Ən son “Akvamen” (Aquaman) filmində yer alan Nikol Kidman, Emma Stounun baş rolunu oynadığı “Kruella” (Cruella) filmində yer ala bilər. “Favori”nin (The Favourite) ssenaristlərindən Toni MakNamaranın (Tony McNamara) ssenarisini yazacağı filmin, gələn il premyerasının olacağı gözlənilir.
Son zamanlarda “Gözəl və Bədheybət” (Beauty and the Beast), Dumbo və “Ələddin” (Aladdin) kimi klassikləşmiş proyektlərin live-action yeni versiyalarını çəkən Disney, gəlin il “Kruella” (Cruella) filmi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
Adından göründüyü kimi film, 1961-ci il istehsalı klassik animasiya filmi 101 Dalmations (101 Dalmaçyalı) filmində Qlen Kloz (Glenn Close) canlandırdığı Kruella de Vili (Cruella De Vil) nümunə götürəcək.
Bir vaxtlar böyüklü-kiçikli hamını ekran başına bağlayan 101 Dalmations (101 Dalmaçyalı) filminin mənfi xarakteri Kruella de Vilin (Cruella de Vil) həyatını hekayə edən film.
İngilis yazıçısı Dodi Smitin (Dodie Smith) 1956-cı ildə uşaqlar üçün yazdığı “The Hundred and One Dalmatians” romanındaki 101 Dalmaçyalı itin hekayəsi bugünə qədər film, çizgi film, uzunmetraj və animasiya filmi olaraq tamaşaçıya təqdim edilib. 101 Dalmaçyalı itin mənfi qadın obrazı Kruella de Vilə (Cruella de Vil) qarşı mübarizəsini hekayə edən bu seriyalar bir vaxtlar hər kəsin sevimli filminə çevrilmişdi.
Son olarak “I, Tonya”nın rejissoru olaraq fəaliyyət göstərən Kreyq Gillespinin (Craig Gillespie) rejissorluğunu üstləndiyi filmdə “De Vil”i, “Favori” (The Favourite) ilə ikinci dəfə “Oskar” mükafatına namizəd göstərilən Emma Stoun canlandıracaq. 2020-ci ildə premyerası gözlənilən filmin aktyor heyəti ilə bağlı çalışmalar davam edir. Emma Stoundan başqa, filmdə rol alacaq çox dəyərli aktrisanın filmdə iştirakı üçün işlər aparır.
That Hashtag Show’un xəbərinə görə ən son “Akvamen”də (Aquaman) rol alan Nikol Kidman, filmin baş rollarını Emma Stounla paylaşacaq. Nikol Kidmanın filmdə rol alma fikrinin sürət qazandığı danışılır. Aktrisa rolu qəbul etsə, peşəkar aktrisanın Kruella-nın düşmanı Baroness xarakterini canlandırması gözlənilir.
Bununla bərabər Emma Tompson (Emma Thompson), Şarliz Teron (Charlize Theron), Culiana Mur (Juliane Moore) və Demi Mur (Demi Moore) kimi bir-birindən tanınmış aktrisaların da, eyni rolu canlandırması üçün düşünüldüyünü qeyd edək.
Digər yandan “Favori” (The Favourite) sayəsində adını geniş kütlələrə tanıdan ssenarist Toni MakNamara (Tony McNamara), filmin ssenarisini qələmə alır. Tamaşaçını 70-ci illərin Londonuna aparacaq filmin çəkilişlərinə bu il başlanması gözlənilir.