Disney və Sony, "Hörümçək Adam"ı Birlikdə Hazırlayacaq!

02 Oktyabr, 2019


"Hörümçək adam" (Spider-Man) Marvel film dünyasında qalmağa davam edəcək. Aralarındakı anlaşmazlıqları həll edən Disney və Sony, bir sonrakı "Hörümçək adam" (Spider-Man) filmini də bərabər hazırlayacaqlarını açıqladılar. Bu razılaşma əsnasında sevilən qəhrəman Marvel film dünyasındakı yeni bir filmdə də yer alacaq.

Marvel komikslərinin bəlkə də ən sevilən qəhrəmanı olan "Hörümçək adam" (Spider-Man), film haqları Sony’nin əlində olduğu üçün uzun illər Marvel film dünyasından uzaq qalmış, ancaq 2015-ci ildə Sony ilə Disney arasında imzalanan razılaşma ilə gec də olsa bu kainata qatılmışdı. Bu razılaşma ilə Disney sevilən qəhrəmanı Marvel film dünyasına daxil etmə şansı əldə edərkən, Sony də "Kevin Faygi" (Kevin Feige) və Marvel Studios tərəfindən hazırlanan yeni Spider-Man filmləri ilə kassada böyük bir uğura imza atdı. Bu razılaşma çərçivəsində hazırlanan son film olan Spider-Man: Far From Home, dünya miqyasında 1.13 milyard dollar kassa gəliri əldə edərək Sony’nin bugünə qədər ən yüksək gəlir əldə edən filmi oldu.



Sony və Disney arasındakı bu razılaşma hər iki tərəf üçün də yaxşı nəticə vermiş olsa da iki şirkətin finansal mövzularda heç cür razılaşa bilməməsi bu ortaqlığı bitirmə nöqtəsinə gətirmişdi. Keçən ay edilən açıqlamayla bu ortaqlığın davam etməyəcəyi və bundan sonra "Hörümçək adam" (Spider-Man) filmlərini Marvel Studios’un deyil Sony’nin hazırlayacağı açıqlandı. Spesifik olaraq vurğulanmamış olsa da "Hörümçək adam"ın (Spider-Man) Marvel film dünyasındakı yolu da de fakto olaraq sona çatmışdı. Ancaq o dövrdə filmlərin pərdəarxasında edilən bu açıqlamalara rəğmən iki şirkətin razılaşma əldə etməsinin hələ mümkün olduğu və iki tərəf üçün də yaxşı nəticə verən bu razılaşmanın yenilənməsinin imkansız olmadığı danışılırdı. Disney və Sony tərəfindən edilən ortak açıqlama, bu gözləmənin boşuna olmadığını göstərdi.



Aradan keçən bir aylıq müddətdə ortaqlıqlarını davam etdirmək üçün ortaq yol tapan Disney və Sony, bugün yayımladıqları açıqlama ilə yeni "Hörümçək adam" (Spider-Man) filmini də Marvel Studios’un hazırlayacağını açıqladı. "Hörümçək adam: Evə qayıdış" (Spider-Man: Homecoming) ilə başlayıb Spider-Man: Far From Home ilə davam edən yeni "Hörümçək adam" (Spider-Man) seriyasının ilk iki filminin arxasındakı ad olan "Kevin Faygi" (Kevin Feige) seriyanın üçüncü filmində də prodüser olaraq yer alması gözlənilir.

Buna qarşılıq olaraq Tom Holland tərəfindən canlandırılan "Kevin Faygi" (Kevin Feige), Marvel film dünyasında yer almağa davam edəcək. Hələ hansı film olacağı açıqlanmamış olsa da sevilən qəhrəmanın bir Marvel film dünyasında daha filmsevərlərin qarşısına çıxacağı açıqlandı. Marvel Studiyası və Sony ortaqlığında hazırlanacaq üçüncü "Hörümçək adam" (Spider-Man) filminin 16 iyul 2021-ci ildə premyerası olacaq.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər