Trey Edward Shultsın Yeni Filmi "Dalğalar"dan İlk Treyler!

09 Sentyabr, 2019


"It Comes at Night"li haqqında danışılan Trey Edward Shults’un dünya premyerasını etdiyi Telluride Film Festivalında bəyənilən yeni filmi "Waves"dən ilk treyler yayımlandı.

Yaşlı bir qadının illər sonra evinə qayıtmasını mövzu götürən komediya janrındakı Krisha ilə film dünyasına addım atan Trey Edward Shults, 2017-ci ildə, qorxu janrının son illərindəki yaxşı nümunələrdən biri olan It Comes at Night ilə adını eşitdirməyi bacarmışdı. It Comes at Night’ın ardından necə bir proyektə imza atdığını görmək üçün səbirsizləndiyimiz Shults, bu il yeni filmi "Waves" ilə filmsevərlərin qarşısına çıxdı. Dünya premyerasını ötən günlərdə Telluride Film Festivalında edən "Waves", adından təriflə söz etdirdi və festivalın ən bəyənilən filmlərinden biri oldu.

Картинки по запросу ‘Waves’ Trailer:

Cənubi Floridada keçən film, gənc bir cütlüyün yaşadıqlarından Afro-Amerikan orta sinif bir ailənin hekayəsini böyük ekrana gətirir. Telluride’dən gələn ilk rəylərə baxılarsa itirənlərə, sevgiyə və bağışlamağa toxunan film, hekayəsini təsiredici soundtrack‘lə daha da qüvvətli bir hala gətirir. Fonda Frank Ocean’ı eşitdiyimiz bir ilk treyler də musiqinin Waves’in nəqlində nə dərəcədə böyük bir yer tutduğunu gözlər önünə sərir.



Filmin baş rollarında; This Is Us və American Crime Story kimi serialarda təsiredici performanslara imza atan Sterling K. Brown, Hemilton müziklı ilə Tony mükafatına layiq görülən Renée Elise Goldsberry, bu il Luce ilə adını eşitdirən Kelvin Harrison Jr. və gənc aktyor Teylor Rassell (Taylor Russell) yer alır. Aktyor heyətində bu adlarla yanaşı Lukas Hecs (Lucas Hedges), Neal Huff, Clifton Collins Jr.Alexa Demie iştirak edir.

Bu ay 44-cü Toronto Film Festivalında da göstəriləcək olan filmin ABŞ-da 1 noyabrda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər