"El Camino: A Breaking Bad Movie"dən İlk Treyler Yayımlandı!

27 Avqust, 2019


Netflix’in təsadüfən paylaşdığı məlumatlar, həyəcanla gözlənilən “Breaking Bad” filmi haqqında yeni detalların ortaya çıxmasına kömək oldu. “El Camino: A Breaking Bad Movie” adını daşıyacaq film, Jesse Pinkman’ın hekayəsini davam etdirəcək. Bir müddət əvvəl eşidilən “Breaking Bad” filmi üçün həyəcanlı gözlənti davam edərkən, film haqqında yeni detallar da ortaya çıxmağa davam edir.

“Breaking Bad”“Better Call Saul”da Saul Goodman’a həyat verən Bob Odinkirk (Bob Odenkirk), ötən günlərdə etdiyi bir açıqlamada “Breaking Bad” filminin çoxdan çəkildiyini söyləmiş, bu açıqlamasıyla filmin yayımlanmağa təxmin etdiyimizdən çok daha yaxın olduğunu göstərmişdi.

Netflixdə Bob Odinkirk (Bob Odenkirk) açıqlamalarını dəstəkləyən bir yenilik yaşandı. Reddit’dəki Better Call Saul başlığı altında paylaşılan bir görüntü, “Breaking Bad” filmi üçün Netflix’də hazırlanan səhifənin üzə çıxmasını təmin etdi. Sözü gedən səhifə qısa müddətdə silinmiş olsa da, çəkilən ekran görüntüləri sayəsində filmin adı və sinopsisi üzə çıxmış oldu.

Картинки по запросу ‘Breaking Bad’ Movie: Watch the First Teaser for ‘El Camino’

AMC tərəfindən hazırlanan filmi dünya miqyasında yayımlayacaq olan Netflix’in saytında yer alan məlumatlara görə “Breaking Bad” filminin adı “El Camino: A Breaking Bad Movie” olacaq. Film üçün paylaşılan qısa sinopsis isə belədir: Qaçaq vəziyyətinə düşən Jesse Pinkman, onu əsir götürən adamlardan, qanundan və keçmişindən qaçmaqdadır. El Camino: A Breaking Bad Movie, Jesse Pinkman’a hədəflənəcək. Netflix səhifəsində yer alan məlumatlar, “Breaking Bad”in yaradıcısı olan Vince Gilligan‘ın həyəcanla gözlənilən bu filmi yazıb, rejissorluğunu etdiyini doğrularkən, filmin, serial bitdikdən sonra Jesse Pinkman’ın başına nə gəldiyi sualını cavablayacağı iddiaları da doğrulamış oldu.



Hər nə qədər Aaron Polun (Aaron Paul) etdiyi açıqlamalar fikirləri qarışdırmış olsa da, filmin Jesse Pinkman’a hədəflənmiş olması Aaron Polun (Aaron Paul) serialdakı rolu ilə geri qayıdacağını göstərir. Walter White’a həyat verən Brayan Krenstonun (Bryan Cranston) filmdə rol alıb almadığı hələlik naməlumluğunu qorusa da, bugünə qədər “Breaking Bad” filmi haqqında sızdırılan məlumatlar demək olarki doğru çıxdığı üçün Brayan Krenstonun (Bryan Cranston) filmdə yer alacağı yönündəki məlumatın da doğru çıxma ehtimalı olduqca yüksəkdir.

El Camino: A Breaking Bad Movie üçün hələ bir yayım tarixi açıqlanmış deyil. Netflix tərəfindən yayımlanan ilk tanıtım treyleri ortaya çıxan məlumatları doğrularkən, El Camino: A Breaking Bad Movie’nin yayım tarixini də ortaya çıxardı. Breaking Bad filmi, 11 oktyabrda yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər