"Qisasçılar: Final" (Avengers: Endgame) və Aladdin kimi filmlərlə kassada böyük uğur qazanan Disney, bu il ümumilikdə 7,67 milyard dollar gəlir əldə edərək, bir ildə ən çox kassa gəliri əldə edən studiya rekordunu yenilədi.
Bir yandan "Kral Şir" (The Lion King), "Cəngəlliklər kitabı" (The Jungle Book), "Gözəl və Bədheybət" (Beauty and the Beast) kimi klassik animasiyaların yeni versiyasını çəkən, bir yandan da çatısı altında olan Marvel Studios, Pixar, Lucasfilm kimi studiyaların proyektləri ilə geniş izləyici kütlələrinə çatan Disney, kassadakı uğurunu bu ildə davam etdirdi. İlin ikinci yarısına yeni girmişkən, filmləri ilə ümumilikdə 7.67 milyard dollar qazanan studiya, bir ildə ən çox gəlir əldə edərək rekordu yenilədi. 2016-cı ili 7.61 milyard dollar qazancla tamamlayan Disney, o günden bəri bu rekordu əlində saxlayırdı. Bu il rekordunu daha da inkişaf etdirən studiya, uzun müddət rəqiblərinin önündə qalmağa davam edəcək kimi görünür.
Disney eyni zamanda ABŞ xaricində 5.09 milyard dollar gəlirə çataraq, bir ildə ABŞ xaricində 5 milyard dollar kassa gəliri əldə edən studiya oldu. Bu rəqəm studiyanın son illərdə kassada yaxaladığı uğurun arxasındakı sirri də göstərir. Yəni Marvel adaptasiyaları və Star Wars filmləri sadəcə ABŞ-da deyil, bütün dünyada filmsevərlərin diqqətini çəkməyi bacararaq, bugünə qədər çox az filmin çata biləcəyi kassa rəqəmlərinə çata bilirlər. ABŞ xaricində 1.93 milyard dollar gəlir əldə edən "Qisasçılar: Final"ın (Avengers: Endgame) ümumilikdə 2.79 milyard dollar kassa gəlirinə çataraq bütün vaxtların ən çox gəlir əldə edən filmi halına gəlməsi də bunun göstəricisidir.
Bu il ən çox gəlir əldə edən altı filmin beşi Disney imzası daşıyır: "Qisasçılar: Final"ın (Avengers: Endgame) (2.79 milyard dollar), "Kapitan Marvel" (Captain Marvel) (1.1 milyard dollar), Aladdin (1 milyard dollar), "Kral Şir" (The Lion King) (962 milyond dollar), Toy Story 4 (917 milyon dollar).
İndidən bir ildə ən çox pul qazanan studiya rekordunu qıran Disney’in il sonuna gəldiyində bu rəqəmi çok daha yüksək səviyyələrə qaldıracağı gözlənilir. Bu aralar premyerası olan "Kral Şir" (The Lion King) və Toy Story 4’un kassadakı yolunu tamamladıqlarında çox daha yüksək rəqəmlərə çatmış olmaları gözlənilir. Bunlara bir də Star Wars: The Rise of Skywalker, Frozen 2 və Maleficent: Mistress of Evil əlavə olununca studiya il sonunda 10 milyard dollara çatacaq kimi görünür. Zira Star Wars: The Rise of Skywalker və Frozen 2’nin 1 milyard dollar limiti aşmasına qəti gözlə baxılır.
Fox’un böyük bölümünü satın almasının ardından daha da böyüyən Disney, bu anda rəqiblərinin açıq ara önündə yer alır. ABŞ-da kassa gəlirinin yüzdə 40-ni əlində saxlayan studiya, bu bacarıqla ən böyük rəqibləri olan Warner Bros. və Universal’ın iki qatından çox bazar payına sahibdir. Hər iki studiya da ABŞ-dakı kassa gəlirlərini təxminən yüzdə 13-nü əlində tutur.