“Akvamen”in yaxaladığı böyük uğurun ardından, vaxt itirmədən davam filmi üçün hazırlıqlara başlayan Warner Bros., Aquaman 2nin 16 dekabr 2022-ci ildə premyerasının olacağanı açıqladı.
Dünya üzrə 1.13 milyard dollar kassa gəliri əldə edən DC Extended Universe-nin bugünə qədərki ən yüksək gəlir gətirən filmi sayılan “Akvamen”in, davam filmi üçün hazırlıqlarını davam etdirən Warner Bros., filmin yayım tarixini açıqladı. Filmsevərlərə yenidən Atlantidanın qapılarını açacaq olan Aquaman 2, 16 dekabr 2022-də tamaşaçıların ixtiyarına veriləcək.
Warner Bros’un davam filminin hazırlıqlarına başladığı, ancaq ilk filmin rejissoru Ceyms Vanın James Wan doğru ssenari hazırlanana qədər gözləmək istədiyi məlum olmuşdu. Fevralın əvvələrində ilk filmin ssenaristlərindən olan Devid Lesli Consonun David Leslie Johnson-McGoldrick Aquaman 2ni yazması üçün seçildiyi öyrənildi. Belə görünür ki, Warner Bros yaxşı bir davam filmi çəkə bilmək və gözləniləni qarşılamaq üçün çox əmək verəcək olsa da, premyera tarixini müəyyənləşdirəcək qədər özünə əmindir.
Dənizin dibi və Yerüzü müharibəyə girməyə hazırlaşır; girmək üzrə oldukları bu müharibənin qarşısını alıb, bir araya gələ bilmələri üçün iki dünyaya da aid olan birinə ehtiyac duyulur. Bir dəniz fanarı keşikçisi və dəniz altındakı qeyb olmuş şəhər olan Atlantidanın kraliçasının oğlu olaraq dünyaya gələn Artur Karri (Arthur Curry), hər iki dünyaya da aid olması səbəbi ilə, bu vəziyyətdə kömək edə biləcək tək adamdır.
Dəniz fanarı keşikçiliyi edən Tomas Karri (Thomas Curry (Temuera Morrison) bir gün sahilə çıxan Atlantidanın kraliçası Atlanna (Nicole Kidman) ilə tanış olur. Atlanna, özü üçün anlaşmalı bir evlilik hazırlayan və bunu ona məcbur edən ailəsindən qaçmaqdadır. Fərqli növlərə mənsub Atlanna və Tomas (Thomas) bir-birlərinə aşiq olurlar və bir oğlan uşaqları olur. Ancaq Atlanna ailesini qorumaq üçün Atlantidaya dönmək məcburiyyətində qalacaq. Balıqlarla danışa bilməsi kimi özəl gücləri ilə digər uşaqlardan daima fərqli olan Artur Karri (Arthur Curry (Jason Momoa) üçün, onsuzda fərqliliklərlə dolu olan həyatı, anasının yoxluğu ilə daha çətin vəziyyətə düşür...
Bu vaxta kimi Aquaman 2 ilə eyni tarixtə premyerası olacağı dəqiqləşən tək film - adı hələ müəyyən olunmamış Disney çəkdiyi filmdir. Premyera tarixinin yeni ildən əvvəl olmasının isə studiya üçün məntiqli bir addım olduğunu göstərir. İlk filmin də oxşar bir tarixdə premyerası olmuş və geniş izləyici auditoriyasını cəlb etməyə nail olmuşdu.
Warner Bros bundan əlavə qorxu janrında olan a spinoff centered on The Trench üçün də hazırlıqlarını davam etdirir. Ceyms Vanın James Wan prodüseri olduğu film “Akvamen”dən daha az büdcəylə çəkiləcək və adı a spinoff centered on The Trench olacaq. DC hal-hazırda “Justice League”nin davamı ilə bağlı heç bir hazırlıq görmür, dolayısıyla Ceyson Momoanı Jason Momoa “Akvamen 2”dən əvvəl her hansı bir DC filmində görmə ehtimalı çox azdır.