İnformasiya Məhsullarının Yaş Təsnifatı

16 Iyul, 2019

6-yaşa çatmamış uşaqlar üçün informasiya məhsulları haqqında məlumat (0+): Altı yaşa çatmamış uşaqlar üçün informasiya məhsullarına, uşağın sağlamlığını və ya inkişafı üçün zərərli olmayan informasiyanı ehtiva edən informasiya məhsullarını aid etmək olar. (onun janr və hansı sahəyə aid olduğuna əsaslanan epizodik qeyri-təbii görüntülər olan informasiya məhsulları daxil olmaqla) və ya şiddətə qarşı yaxşılığın zəfərinə və şiddət qurbanı üçün şəfqət ifadəsinə və (və ya) zorakılığın qınandığı informasiya məhsulları daxildir.

child and internet ile ilgili görsel sonucu

6 yaşa çatmış uşaqlar üçün məhsullar haqqında məlumat (6+): Aşağıdakılar Federal Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş informasiya məhsulları, eləcə də janr və (və ya) süjet ilə əsaslandırılmış informasiya məhsulları altı yaşa çatmış uşaqlar üçün informasiya məhsullarının dövriyyəsinə qəbul edilə bilər.

1. İnsan ləyaqətini alçaltmayan formada qısa və qeyri-təbii təsvir və ya insan xəstəliklərinin (ciddi xəstəliklər istisna olmaqla) və ya nəticələrinin təsviri;

2. Fiziki və ya psixi zorakılığın təsvirinin və bu kimi qəddarlıq səhnələrinin, əzab vermək və xəsarət yetirmənin, şikəst edilmənin, adam və heyvan öldürmənin və üzərində zorakılıq əlamətləri olan cəsədin təsviri qəbul edilməzdir.

3. Antisosial hərəkətlərin və ya cinayətə sövq etməməsi lazım olan cinayətlərin epizodik görüntüsü və ya açıqlaması, bu halların doğru olmadığını və cinayəti törədən adamlara qarşı qınanması kimi ifadə edilməlidir.

child and internet ile ilgili görsel sonucu

12-yaşa çatmış uşaqlar üçün informasiya məhsulları haqqında məlumat (12+):  Aşağıdakılar Federal Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş informasiya məhsulları, eləcə də janr və (və ya) süjet ilə əsaslandırılmış informasiya məhsulları 12 yaşa çatmış uşaqlar üçün informasiya məhsullarının dövriyyəsinə qəbul edilə bilər.

1. Qurban üçün mərhəmət göstərilməsi və ya zülmün, şiddətin qınanması şərti ilə, (cinsi istismar xaric) həyatını itirən ya da yaralanan birini qeyri-təbii təsvir üsulu ilə göstərmək olar. (Vətəndaşların haqlarının qorunması və cəmiyyət və ya dövlət tərəfindən qanuni olaraq qorunan qanunların göstərilməsi şərti ilə); fiziki və ya hüquqi şəxslərin uşaqların şüurunda hər hansı davranış qaydası və ya stereotipin formalaşmasına yönəlmiş, yaxud uşağı hər hansı hərəkət və ya hərəkətsizliyi etməyə təhrik etdirmək məqsədi daşıyan fəaliyyəti yol verilməzdir.

2. Uşaqları fahişəlik, qumar və avaralıqla (o cümlədən dilənçiliklə) məşğul olmağa, milli və əxlaqi dəyərlərə qarşı təhqiredici əməllər, eləcə də şəxslərin hüquqlarını pozan digər əməllər törətməyə həvəsləndirən məlumatlar yol verilməzdir. Ancaq bu cür təsvirlərin qınaq obyekti kimi qeyri təsviri ilə göstərilməsi yol veriləndir. Uşaqların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan, o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu içkilərdən və tütün məmulatlarından istifadəni təbliğ edən informasiyalar qəbul edilməzdir.

Ä°lgili resim

16 yaşa çatmamış uşaqlar üçün informasiya məlumatları haqqında məlumat (16+):  Aşağıdakılar Federal Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş informasiya məhsulları, eləcə də janr və (və ya) süjet ilə əsaslandırılmış informasiya məhsulları 16 yaşa çatmamış uşaqlar üçün informasiya məhsullarının dövriyyəsinə qəbul edilə bilməz.

1. Uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət hissi yarada bilən informasiya, uydurma məxluqların dəhşətli görüntüsü və ya təsviri, eləcə də ciddi xəsarətlərin, intiharın (o cümlədən intihara cəhdin), bədbəxt hadisələrin, qəzaların və onların nəticələrinin naturalist (təbii) təsviri və ya görüntüsü, həmçinin informasiya məhsulunda arzuolunmaz vərdişlərə rəğbət aşılayan bəzi xüsusi mərasim və mistik təlimlərin, spiritizmin istifadəsi;

2. Uşaqların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan, o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu içkilərdən və tütün məmulatlarından istifadəni təbliğ edən informasiya;

3. Narkotik maddələri və ya psixotrop və (və ya) məcburi maddələr haqqında məlumatlar, istifadənin təhlükəli nəticələrinə dair bu cür halların nümayiş etdirilməsi ilə əlaqədar məlumat vəsaitlərin və ya maddələrin istifadəsinə qarşı mənfi və ya qınayır münasibət göstərdikdə və onların istehlak təhlükəsi barədə məlumat verildikdə qəbul ediləndir.

4. pornoqrafik olmayan, lakin uşaqlarda vaxtından əvvəl seksual marağın oyanmasına səbəb olan informasiya məhsulları;

Ä°lgili resim

18 yaşa çatmamış uşaqlar üçün qadağan olunan informasiyalar (18 +):

1. Uşaqlarının həyatlarını və ya sağlamlığını təhlükə altına alan hərəkətlərə, onların sağlamlığına zərər vuran, intihara təşviq edən informasiyalar;
2. Uşaqlarda cinayət törətmək həvəsi oyadan, cinayətkar mühiti, o cümlədən cinayətləri və cinayətkarları, kriminal norma və dəyərləri, cinayətkar mühitin kriminal jarqonları da daxil olmaqla atributlarını və simvollarını müsbət mənada təqdim və təbliğ edən informasiya; o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu içkilərdən və tütün məmulatlarından istifadəni təbliğ edən informasiya;
3. Uşaqları fahişəlik, qumar və avaralıqla (o cümlədən dilənçiliklə) məşğul olmağa, milli və əxlaqi dəyərlərə qarşı təhqiredici əməllər, eləcə də şəxslərin hüquqlarını pozan digər əməllər törətməyə həvəsləndirən məlumat;
4. Pornoqrafik xarakterli informasiyalar.
5. Əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;
6. Zorakılığı və qəddarlığı nümayiş edən informasiya;
7. Cəmiyyət əleyhinə və hüquqa zidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

child and internet ile ilgili görsel sonucu



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər