E.Hirş və B.Dernin Yer Aldığı "Freaks"dən Yeni Treyler Yayımlandı!

16 Iyul, 2019


Emil Hirş (Emile Hirsch) və Brüs Dernin (Bruce Dern) baş rollarını üstləndiyi, elmi-fantastik və qorxu janrlarını birləşdirən "Freaks"dən yeni treyler yayımlandı. Dünya premyerasını etdiyi Toronto Film Festivali’nda bəyənilən filmin, ABŞ-da bu yay premyerası olacaq.

Into the Wild, Milk, The Autopsy of Jane Doe, Killer Joe kimi bir-birindən möhtəşəm filmlərdə rol alan Emil Hirş (Emile Hirsch) ilə Coming Home və Nebraska filmləri ilə “Oskar”a namizəd olan peşəkar aktyor Brüs Dernin (Bruce Dern); Kventin Trantino (Quentin Tarantino) imzalı Once Upon a Time… in Hollywood ‘un ardından Adam SteinZek Lipovski (Zach Lipovsky) ikilisinin rejissorluğunu üstləndiyi Freaks filmi üçün bir araya gəlir.



Filmdə Emil Hirş (Emile Hirsch), 7 yaşındakı cəsur qızı Chloe’yi dünyadakı təhlükələrə qarşı qorumaq üçün bir evə kilidləyən hədsiz mühafizəkar bir atayı canlandırır. Brüs Dernin (Bruce Dern) isə bu qıza azadlıq vəd edib evdən qaçmağa razı salan Mr. Snowcone’a həyat verir. Əslində Freaks, qorxmuş, ətrafındaki hər şeyi başa düçməyən və kimə güvənə biləcəyi baxımdan qərarsız olan kiçik bir qız uşağının, bu sirli və təhlükəli dünyayı kəşf etmə yolunu hədəf alır.



İzləyici elmi-fantastik və qorxu janrlarını birləşdirən bir atmosferin içərisinə sürükləyən film, dünya premyerasını 43-cü Toronto Film Festivali’nda etdi və festivaldan aldığı müsbət rəylərlə diqqətləri üzərinə çəkdi. Film, 2018-ci ildə festivalda göstərilməsinə rəğmən bir il sonra izləyicilərin ixtiyarına veriləcək. Amerikada 23 avqustda premyerası olacaq filmin ökəmizdəki premyera tarixi məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər