Sofi Loren "The Life Ahead" ilə 10 İldən Sonra Geri Qayıdır!

15 Iyul, 2019

Sophia Loren, oğlu Edoardo Ponti’nin rejissoru The Life Ahead ilə 10 il aradan sonra böyük ekrana geri qayıdır. Romain Gary’nin daha əvvəl "Madame Rosa" adı ilə film olan və romandan adaptasiya olunan filmin bu il premyerası gözlənilir.

Son olaraq 2009-cu ildə bir filmdə rol alan “Oskar” mükafatlı aktrisa Sophia Loren, uzun bir aranın ardından oğlu Edoardo Ponti’nin rejissoru olacağı film ilə böyük ekrana qayıdır. Peşəkar aktrisa filmdə, soyqrımdan qurtulan və 12 yaşındakı Seneqallı qaçqın Momo ilə bir bağ quran Madame Rosa’yı canlandırır. Variety’nin xəbərinə görə uzun müddətdir böyük ekrandan uzaq olan Sophia Loren, The Life Ahead ilə geri qayıtmağa hazırlaşır. Romain Gary’nin La Vie Devant Soi adlı romanından adaptasiya olunan hekayə, daha əvvəl də İsrailli rejissor Moshé Mizrahi tərəfindən “Madame Rosa” adı ilə böyük ekrana gətirilmiş və filmin baş rolunu Simone Signoret üstlənmişdi. “Madame Rosa” 1978-ci ildə Xarici Dildə Ən Yaxşı Film “Oskarı”na layiq görülmüşdü.



Rejissor Edoardo Ponti, iki adaptasiyanın bir-birindən çox fərqli olduğunu qeyd etsə də, 84 yaşındakı Sophia Loren, bir vaxtlar Simone Signoret’in oynadığı rolu canlandıracaq. Filmin çəkilişləri İtalyada başladı. Gündə 10 saata yaxın işləyən Sophia Loren, xarakteri, tamaşaçı üçün həyəcan verici olacağını düşündüğü formada böyük ekrana gətirəcəyini söylədi. Oğlunun onu çox yaxşı tanıdığını; üzünün, qəlbinin və ruhunun hər detalını bildiyini vurğuladı. Bu səbəblə Loren, dərinlərdəki gerçəkliyini üzə çıxararaq oynadığını görməsi şərti ilə oğlunun bir sonrakı səhnəyə keçəcəyini söylədi.

Anasının oynadığı bir filmə üçüncü dəfə rejissorluq edən Ponti, Loren’in möhtəşəm vəziyyətdə olduğunu dedi. 84 yaşındakı Loren’in həm fiziki, həm də duyğusal mənada çox dərin olan bu film üçün əlindən gələni etdiyini söylədi. Anasının hər səhnəyə qarşı rəftarındakı enerjisini və həyəcanını izləməyin mükəmməl hiss olduğunu vurğuladı.

Похожее изображение

Filmin aktyor heyətində Loren’lə yanaşı ispaniyalı aktyor Abril Zamora, italyan aktyor Renato Carpentieri, İranlı Babək Kərimi (Babak Karimi) və 12 yaşındakı Momo’ya həyat verən İbrahima Guys iştirak edir. Mizrahi’nin filmi “Madame Rosa”nın gözü ilə təqdim edilən, Ponti romandakı kimi filmin Moma’nın baxış bucağından danışılacağını deyir. Filmin İtalyanın cənubundakı liman şəhərlərindən olan Baridə çəkildiyini və filmin fərqli hissələrdən olduğunu da qeyd edir.

Ponti, öncəlikli olaraq fərqli mədəniyyətlərdən, nəsillərdən, irqlərdən və dinlərdən olan Madame Rosa və Momo arasındakı dostluq və sevgi hekayəsini izləyəcəyimizi söyləyir. İkinci hissədə isə bir modern aile hekayəsi olduğunu əlavə edir. Uşaqları 35 yaşında trans bir qadın, 12 yaşında Seneqallı bir qaçqın və 10 yaşında Rumınyalı bir küçə uşağı olan Madame Rosa, bu ailənin arxalana biləcəyi yeganə adam olaraq qarşımıza çıxacaq. Bu film için Amerikalı sponsorların da dəstəyini alan italyan prodakşn firması Palomar’ın prodüserliyini üstləndiyi The Life Ahead’in, 2020-ci ilin mart ayında hazır olması planlanır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər