Felisiti Cons "Good Morning, Midnight"da Rol Alacaq!

13 Iyul, 2019


The Theory of Everything"Qaçaq 1: Ulduz müharibələri tarixi" (Rogue One: A Star Wars Story) kimi filmlərlə tanınan Felisiti Cons (Felicity Jones), Corc Kluninin (George Clooney) rejissoru olacağı "Good Morning, Midnight"da Kluni ilə birlikdə rol alacaq.

Confessions of a Dangerous Mind, The Ides of March"Gecəniz xeyrə və uğurlar." (Good Night, and Good Luck.) kimi filmlərin rejissor kürsüsünə oturan və kamera qarşısında olduğu qədər kamera arxasında da diqqət çəkici işlərə imza atan Corc Kluni (George Clooney), qısa müddət əvvəl eşitdirilən yeni filmi Good Morning, Midnight üçün hazırlıqlarını davam etdirir. Kluninin rejissoru olacağı, eyni zamanda baş rolunda yer alacağı filmin aktyor heyətində Kluni ilə yanaşı iştirak edəcək ilk sima məlum oldu.

Картинки по запросу Felicity Jones George Clooney

Deadline’ın xəbərinə görə son olaraq On the Basis of Sex’tə filmsevərlərin qarşısına çıxan “Oskar”a namizəd aktria Felisiti Cons (Felicity Jones), filmdə Corc Kluni ilə baş rollarını paylaşacaq. The Theory of Everything’dəki təsiredici performansı ilə “Oskar” namizədləyi qazandıqdan sonra "Qaçaq 1: Ulduz müharibələri tarixi" (Rogue One: A Star Wars Story) və İnferno kimi filmlərdə rol alan Consun Good Morning, Midnight’da hansı xaraktərə həyat verəcəyi hələlik naməlumluğunu qoruyur.

Lily Brooks-Dalton‘ın romanından adaptasiya olunan film, qiyamət sonrası bir dünyada baş verir və şimal qütbündə tənha alim Augustine ilə Aether, uçan obyektdə olan bir kosmonavtın hekayəsini eyni nöqtədə qarşılaşdırır. Corc Kluninin canlandıracağı Augustine, evə qayıtmağa çalışdığı ərəfədə Aether uçan obyektdə olan bu kosmos ilə təmas qurmağa çalışır.

Картинки по запросу Felicity Jones

Filmin ssenarisini "Sağ qalan"ın (The Revenant) ssenaristi Mark L.Smit (Mark L. Smith) qələmə alır. Çəkilişlərinə oktyabr ayında başlanması planlaşdırılan Good Morning, Midnight, Netflix’də izləyicilərin ixtiyarına veriləcək. Hələ rəsmi bir açıqlama verilməmiş olsa da Netflix’in filmi gələn il yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər