"Forsaj 9"da Şarliz Teron və Helen Mirren də Yer Alacaq!

12 Iyul, 2019

Gələn il premyerası olacaq "Forsaj 9"un (Fast & Furious 9) aktyor heyətində, səkkizinci filmlə seriyaya daxil olan Şarliz Teron (Charlize Theron) və Helen Mirren də yer alacaq. 2017-ci ildə premyerası olan "Forsaj 8" (The Fate of the Furious) ilə səkkiz film olan Fast & Furious seriyası böyük ekran macərasına sürət kəsmədən davam edir. Seriyanın ilk spin-off filmi olan Fast & Furious Presents: Hobbs & Shaw’un gələn ay premyeraya girməsinin ardından, gələn ildə ana seriyanın yeni filmi olan "Forsaj 9"un (Fast & Furious 9) izləyicilərin ixtiyarına veriləcək.

Картинки по запросу Vin Diesel Confirms Charlize Theron & Helen Mirren Are Back for ‘Fast & Furious 9′

Vin Dizel (Vin Diesel) tərəfindən canlandırılan Dominic Toretto və ailəsi olaraq gördüyü komandanın macəralarını danışmağa davam edəcək olan filmin çəkilişlərinə başlanması ilə birlikdə aktyor heyətində yer alacaq adamlar da dəqiqlik qazanmağa başladı. Filmdə yer alacaq adları Instagram hesabından elədiyi paylaşımlarla eşitdirməyə davam edən Vin Dizel (Vin Diesel), bu dəfə də Şarliz Teron (Charlize Theron) ve Helen Mirrenin filmin aktyor heyətində yer alacağını açıqladı.

Hər iki sima da seriyanın 8-ci filmi olan "Forsaj 8"də (The Fate of the Furious) seriyaya daxil olmuşdu. 2017-ci ildə premyerası olan filmdə Şarliz Teron (Charlize Theron), Dominic Toretto’yu öz komandasına qarşı savaşmağa məcbur edən bir cinayətkarı canlandırarkən, Helen MirrenOwen Shaw (Lük Evans - Luke Evans) və Deckard Shaw-un (Ceyson Steytem - Jason Statham) anasına həyat vermişdi.


Картинки по запросу Vin Diesel Helen Mirren Are Back for ‘Fast & Furious 9′

Orijinal komandanın vacib bir qismini yenidən bir araya gətirəcək 9-cu filmdə Vin Dizellə (Vin Diesel) yanaşı Mişel Rodriges (Michelle Rodriguez), Cordana Brüster (Jordana Brewster), Tyrese Gibson, Lucas Black, LudacrisNathalie Emmanuel əvvəlki filmlərdəki rolları ilə geri qayıdacaq. 9-cu filmlə seriyaya daxil olan yeni adlar isə TrainwreckBlockers kimi filmlərlə tanınan John Cena, Peaky BlindersAnimal Kingdom kimi seriallarla diqqət çəkən Finn Cole və Yeni Zelandalı gənc aktyor Anna Sawai olacaq. Daha əvvəl seriyanın dörd filminin rejissoru olan və son olaraq Star Trek Beyond’un rejissor kürsüsünə oturan Custin Linin (Justin Lin) idarə edəcəyi yeni "Forsaj 9" (Fast & Furious 9), 22 may 2020-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər