“Mulan”ın Yeni Versiyasından İlk Treyler Yayımlandı!

11 Iyul, 2019


Disney’in sevilən animasiya filmlərindən “Mulan”ın live-action yeni versiyasının ilk treyleri yayımlandı. Niki Caro’nun rejissoru olduğu, 17 aprel 2020-ci ildə premyerası olacaq.

Son dövrdə "Sindirella" (Cinderella), "Cəngəlliklər kitabı" (The Jungle Book), "Gözəl və Bədheybət" (Beauty and the Beast), "Ələddin" (Aladdin) kimi sevilən animasiya filmlərinin live action versiyalarını çəkən Disney, bu filmlərin kassada əldə etdiyi uğurdan güc alaraq live-action yeni versiyasına yenilərini əlavə edir. Disney’in live-action yeni versiyasını çəkdiyi bu animasiyalar arasında “Mulan” da yer alır. 1998-ci ildə premyerası olan və xüsusilə musiqiləri ilə ağıllara həkk olunan Disney klasikləri arasında yer alan “Mulan”ın live-action yeni versiyası, gələn il filmsevərlərin ixtiyarına veriləcək.

Похожее изображение

Atasını qurtarmaq üçün kişi cildinə girərək savaşa qatılan gənc bir qadının hekayəsini danışan “Mulan”, 1998-ci il istehsalı animasiyasında danışılan hekayədə bəzi önəmli dəyişikliklər edir. Animasiyanın mənfi xarakteri olan Hun lideri Shan Yu’nun yerini Gong Li tərəfindən canlandırılan pis cadugər alır.

Filmə adını verən “Mulan”ı The Forbidden KingdomThe Assassins kimi proyektlərlə tanınan Yifei Liu‘nun canlandırdığı filmin aktyor heyətinin böyük hissəsi çinli aktyorlardan ibarətdir. Filmin aktyor heyətində Yifei LiuGong Li’ye Jet Li, Donni Yen (Donnie Yen), Ceyson Skott Li (Jason Scott Lee), Yoson An, Utkarsh Ambudkar, Ron YuanTzi Ma kimi aktyorlar iştirak edir.



Filmin rejissor kürsüsündə Whale RiderNorth Country kimi diqqət çəkici proyektlərə imza atan, son olaraq isə The Zookeeper’s Wife ilə filmsevərlərin qarşısına çıxan Niki Caro oturur. Filmin ssenarisi isə Lauren Hynek, Rik Caffa (Rick Jaffa), Elizebeth MartinAmanda Silver’a aiddir.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər