Semüel L.Cekson "Mişar" Filminin Aktyor Heyətinə Qatıldı!

10 Iyul, 2019

Semüel L. Cekson (Samuel L. Jackson), Kris Rok (Chris Rock) rəhbərliyi ilə hazırlanan "Mişar" (Saw) filminin yeni versiyasının baş rolunda yer alacaq. Semüel L. Ceksona (Samuel L. Jackson) Maks Mingella (Max Minghella) və Marisol Nichols kimi adlarla yanaşı, "Mişar" (Saw) filminin yeni versiyası, 23 oktyabr 2020-ci ildə premyerası olacaq.

Kris Rok (Chris Rock) prodüserliyini üstlənəcəyi yeni "Mişar" (Saw) filmini, orijinal seriyanın 2-ci, 3-cü və 4-cü filmlərini çəkən, başqa bir deyimlə seriyanın işgəncə filminə dönməsinin memarlarından biri olan Darren Linn Bousman (Darren Lynn Bousman) rejissorluq edəcək. "Mişar 8"in (Jigsaw) ssenaristlərindən Pete GoldfingerCoş Stolberq (Josh Stolberg), filmin ssenarisini Kris Rok (Chris Rock) ilə birlikdə qələmə alacaq. Yeni bir "Mişar" (Saw) filminin çəkiləcək olması gerçəyini hələ sindirməmiş, filmin aktyor heyətində yer alacaq adlar yavaş-yavaş üzə çıxmağa başladı.

Похожее изображение

Variety’nin xəbərinə görə ən son Spider-Man: Far from Home’da izlədiyimiz peşəkar aktyor Semüel L. Cekson (Samuel L. Jackson), "Mişar" (Saw) filminin yeni versiyasının baş rolunda yer alacaq. The Handmaid’s Tale serialındakı performansıyla diqqət çəkən Maks Mingella (Max Minghella) və Riverdale serialı ilə tanınan Marisol Nichols, Semüel L. Cekson (Samuel L. Jackson) ilə bərabər filmin aktyor heyətinə daxil oldu. Eyni zamanda Kris Rok (Chris Rock), yeni "Mişar" (Saw) filmində aktyor olaraq qarşımıza çıxacaq. Filmdə Kris Rok (Chris Rock), bir serial dəhşətli cinayəti araşdıran bir dedektivi canlandıracaq. Semüel L. Cekson (Samuel L. Jackson), Kris Rokun (Chris Rock) canlandırdığı xarakterin atasına həyat verəcək. Maks Mingella (Max Minghella), dedektivin iş yoldaşını; Marisol Nichols isə dedektivlərin başçısı Angie Garza’yı canlandıracaq.

Картинки по запросу samuel l. jackson movies

İlk "Mişar" (Saw) filmindən bəri seriyanın böyük bir pərəstişarı olduğunu deyən Kris Rok (Chris Rock), yeni "Mişar" (Saw) filmi ilə bağlı fikirlərini danışmaq üçün Lionsgate’in rəhbəri Joe Drake ilə əlaqə yaratmış; Joe Drake, Kris Rokun (Chris Rock) "Mişar 8"ə (Jigsaw) gətirdiyini yeni baxış bucağını çox bəyənmiş və bu yeni filmi çəkmək üçün lazım olan bütün dəstəyi vermişdi. Kris Rokun (Chris Rock) seriyaya gətirəcəyi yeni nəfəs maraqla gözlənilir..

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər