“Maska” Filminin Yeni Versiyasında Qadın Oynayacaq!

09 Iyul, 2019


Daha əvvəl filmə adaptasiya olunan “Maska” (The Mask) komiksinin yaradıcalarından Mike Richardson, qadın bir xaraktərə hədəflənəcək yeni versiya fikri üzərində çalışdığını açıqladı.

Cim Kerrinin (Jim Carrey) enerji dolu performansı ilə yaddaşlarda qalan 1994-cü il istehsalı filmlə filmsevərlərin qarşısına çıxan “Maska” (The Mask), illər sonra böyük ekrana geri qayıda bilər. Cim Kerrinin (Jim Carrey) baş rolunu üstləndiyi filmin adaptasiya olunduğu komiksin yaradıcısı və Dark House Comics’in qurucusu olan Mike Richardson, yaradıcısı olduğu xarakteri yenidən böyük ekranda görmək istədiyini söylədi. Ancaq Richardson bu dəfə xarakterin fərqli bir fikirlə filmə adaptasiya olunmasının daha yaxşı fikrindədir.

Похожее изображение

Ötən günlərdə 25-ci yaşını qeyd edən “Maska” (The Mask) seriyası ilə bağlı Forbes’a müsahibə verən Richardson, bir qadın xarakteri mərkəzinə alan yeni versiya görmək istədiyini ifadə etdi. Richardson rol üçün fiziki komediya bacaran bir aktyor ilə razılaşmaq lazım olduğunu və ağlında belə birinin olduğunu vurğuladı. Ancaq bu adın kim olduğunu hələlik açıqlamadı. Qadın bir xaraktərə hədəflənəcək yeni versiya üçün bəzi fikirləri olduğunu deyən Richardson, ağlındakı aktyoru razı salmaq üçün bir xeyli məşğul olmalarının lazım olacağını, amma qarşıdakı yaxın vaxtda böyük ekranda yeni bir “Maska” (The Mask) filmi görə biləcəyimizi qeyd etdi.

Похожее изображение

Richardson gerçəyə çevrilməsi halında bu yeni adaptasiyanın komiksə daha sadiq bir adaptasiya olacağını, yəni 1994-cü il istehsalı filmdən çox daha qaranlıq bir hekayə danışacağını vurğuladı. Yeni versiyanın mütləq gücə qarşı mübarizə aparmaq məcburiyyətində qalan xarakter filmi olmasını istədiyini deyən Richardson, əslində “Maska”nın (The Mask) əsas mövzusunun bu olduğunu və adi insanların qeyri-adi güclərə qovuşduğunda necə öz təbiətlərinə yenilib, güclərini lazımsız şeylər üçün istifadə etdiyini danışdığını qeyd etdi. Stan Lee’nin “Böyük güc, böyük məsuliyyət gətirir.” sözünü xatırladan Richardson, özünün isə çox daha keçmiş bir mühakimədən yola çıxdığını qeyd etdi: “Mütləq güc mütləq pozur.” Richardson’un rol üçün kimi fikirləşdiyini bilmirik. Ancaq Melissa Makkarti (Melissa McCarthy), Kate McKinnon, Kristen Uiq (Kristen Wiig) və ya Amy Poehler kimi bir aktyorun “Maska” (The Mask) xarakteri ilə necə bir iş çıxaracağını görmək maraqlıdır.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər