Rayan Consunun "Knives Out" Filmindən İlk Treyler Yayımlandı!

08 Iyul, 2019

Rayan Consunun (Rian Johnson), Deniel Kreyq (Daniel Craig), Kris Evans (Chris Evans), Ana de Armas, Jamie Lee Curtis, Toni Kollett (Toni Collette) və Maykl Şennon (Michael Shannon) kimi adları bir araya gətirən yeni filmi "Knives Out"dan ilk treyler yayımlandı.

İlk uzunmetrajlısı olan Brick ilə diqqətləri üzərinə çəkdikdən sonra The Brothers BloomLooper kimi bəyənilən filmlərə imza atan Rayan Consunun (Rian Johnson), filmsevərləri ikiyə bölən Star Wars: The Last Jedi’dan sonra aşina olduğu sulara geri qayıdır. Johnson’ın yazıb rejissoru olduğu "Knives Out" bu il filmsevərlərin ixtiyarına veriləcək.



Deniel Kreyq (Daniel Craig), Kris Evans (Chris Evans), Ana de Armas, Jamie Lee Curtis, Toni Kollett (Toni Collette), Don Johnson, Maykl Şennon (Michael Shannon), Katherine Langford, Lakeith Stanfield, Jaeden MartellKristofer Plammer (Christopher Plummer) kimi önəmli adları bir araya gətirən təsiredici aktyor heyəti ilə diqqət çəkən film üçün tanıtım işlərinə başlayan Lionsgate, maraqla gözlənilən filmdən ilk treyler yayımladı.


Rayan Consun (Rian Johnson) imzalı “Qatil kimdir?” filmi olaraq yorumlanan və Gosford Park’a bənzədilən "Knives Out", əsrarəngiz bir cinayəti aşkarlamağa çalışan Dedektif Benoit Blanc’ın hekayəsini danışır. 85-ci yaş gününü qeyd etdikdən qısa müddət sonra öldürülən uğurlu cinayət romanı yazıçısı Harlan Thrombey’in cinayətini araşdıran Blanc’ın, Thrombey’in yaxınlarını və xidmətçilərini araşdıraraq yalanlar arasında itən gerçəkləri üzə çıxarması lazım gəlir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər