“Cumanci”nin Davam Filmindən İlk Treyler Yayımlandı!

04 Iyul, 2019


2017-ci ildə premyerası olan və böyük uğur əldə edən "Cumanci 2: Cəngəlliyə Xoş Gəldiniz"in davam filmi "Cumanci: Növbəti səviyyə"dən (Jumanji: The Next Level) ilk treyler yayımlandı. Dueyn Conson (Dwayne Johnson), Cek Blək (Jack Black), Kevin HartKaren Gillan’ın baş rollarını üstləndiyi filmin, 10 yanvar 2020-ci ildə premyerası olacaq.

Robin Uilyamsın (Robin Williams) baş rolunu üstləndiyi 1995-ci il istehsalı "Cumanci"nin yeni versiyasını çəkmə fikri ilk başlarda çox xoş qarşılanmamış olsa da ortaya çıxan nəticə bir çox filmsevərlərin fikrini dəyişdirməyi bacardı. Dueyn Consonun (Dwayne Johnson) baş rolunu üstləndiyi "Cumanci 2: Cəngəlliyə Xoş Gəldiniz", 2017-ci ildə premyerası olduğunda filmsevərlər tərəfindən maraqla qarşılandı və dünya miqyasında 962.1 milyon dollar gəlir əldə edərək kassada büyük uğura imza atdı.

Картинки по запросу I Really Hope The Jumanji: The Next Level Trailer Is Hiding A Twist For Karen Gillan's Character

Vəziyyət belə olduqdan sonra davam filminin çəkilməsi də qaçınılmaz oldu. İlk filmin baş rollarını üstlənən Dueyn Consonun (Dwayne Johnson), Cek Blək (Jack Black), Kevin HartKaren Gillan’ın eyni rollarda geri qayıtdığı davam filmi üçün tanıtım işlərinə başlayan Sony kompaniyası, "Cumanci: Növbəti səviyyə" (Jumanji: The Next Level) adını daşıdığı açıqlanan filmdən ilk treyleri yayımladı. Conson, Blək, HartGillanın bir video oyundakı xarakterləri canlandırdığı üçün yeni filmdə də eyni kostyumlar ilə görünürlər.



İlk filmdə özlərini bir oyun dünyasının içində tapan gəncləri canlandıran Ser’Darius Blain, Aleks Vulf (Alex Wolff), Madison IsemanMorgan Turner da yeni filmdə eyni rollarla geri qayıdarkən, davam filmində aktyor heyətinə Awkwafina, Denni DeVito (Danny DeVito) və Denni Qlover (Danny Glover) də qatılacaq. Jeff PinkerSkott Rozenberqin (Scott Rosenberg) ssenarisini qələmə aldığı filmin rejissor kürsüsündə, ilk filmin də rejissoru olan Ceyk Kezdan (Jake Kasdan) oturur. ABŞ-da filmin premyerası 13 dekabr 2019-cu ildə baş tutacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər