“Bond 25”in Çəkiliş Meydanından İlk Video Yayımlandı!

01 Iyul, 2019

Aldığı xəsarətdən sonra çəkiliş meydanına geri qayıdan Deniel Kreyqin (Daniel Craig) yenidən James Bond’u canlandırdığı “Bond 25”in Yamaykadakı çəkiliş meydanından ilk kadrların yer aldığı bir video yayımlandı.

Xatırlayırsınızsa ötən mayda Deniel Kreyq (Daniel Craig), yenidən James Bond’u canlandırdığı “Bond 25”in Yamaykadakı çəkilişi ərəfəsində xəsarət almışdı. Kreyqin başına gələn bu vəziyyət, filmin çəkilişlərinin yenidən ertələnməsi və premyera tarixində gecikmə yaşanacağı şaiyələrini gündəmə gətirmiş, ancaq prodüser komandası, bu iddiaları yalanlayaraq filmin istehsalının davam edəcəyini açıqlamışdı.

Картинки по запросу First look at Bond 25 as Daniel Craig films in Jamaica

Deniel Kreyq (Daniel Craig) reabilitasiya müddətindən sonra, keçən həftə çəkiliş meydanına geri qayıtdı. Çəkilişlər qaldığı yerdən davam edir. Həmçinin filmin sosial şəbəkələrdə kamera arxası görüntüləri paylaşılmağa davam edir. Qısa müddət əvvəl filmin Yamaykadakı çəkiliş meydanından ilk görüntülərin yer aldığı bir video yayımlandı.

Videoda Deniel Kreyq (Daniel Craig) ilə bərabər filmin aktyorlarından Lashana LynchCeffri Raytın (Jeffrey Wright) yer aldığı kadrları görürük. Rejissor Keri Fukunaqa (Cary Fukunaga), çəkiliş üçün hazırlaşarkən, çox sayda Yamayka mənzərəsi də diqqətimizdən qaçmır. James Bond’un silah daşıyan bir pəncərəyə yaxınlaşdığı kadrın sonrasında yaşanacaq hadisələrlə bağlı təxminlər indidən başlayıb.



Digər tərəfdən filmin, planlanan tarixdə, yəni 8 aprel 2020-ci ildə premyerası olacaq. Filmin aktyor heyətində isə əlavə olaraq Lea Seydu (Lea Seydoux), Naomi Harris (Naomie Harris), Ben Uişou (Ben Whishaw), Rori Kinner (Rory Kinnear), Ralf Fayns (Ralph Fiennes), Billi Maqnussen (Billy Magnussen), Dali Benssalah, Ana de Armas və filmin mənfi xarakteri olaraq Rami Malik (Rami Malek) kimi adlar yer alır. Ssenarinin gəliştirilməsi və gülməli məqamların filmdə yer alması mövzusunda FleabagKilling Eve’in yaradıcısı Phoebe Waller-Bridge‘in də filmin ssenarist komandasına daxil olduğunu qeyd edək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər