B.Krenston və A.Pol, "Breaking Bad" Filmində Bir Araya Gəlir!

01 Iyul, 2019

Brayan Krenston (Bryan Cranston) və Aaron Polun (Aaron Paul) Twitter-dan eyni rəsmi eyni anda “yaxında” mesajı ilə paylaşması, ikiliyi Breaking Bad filmində yenidən birlikdə görəcəyimiz yönündəki şaiyələri doğruladı. Həyəcanla gözlənilən Breaking Bad filmi, Netflixdə izləyicilərin ixtiyarına veriləcək.

Bütün vaxtların ən sevilən seriallarından Breaking Bad‘in hekayəsini davam etdirəcək bir film üçün hazırlıqlara başlandığı ötən aylarda ortaya çıxmışdı. Serialın pərəstişkarlarını bir xeyli həyəcanlandıran filmin ortaya çıxmasından qısa müddət sonra paylaşılan məlumatlar isə filmin mərkəzində Jesse Pinkman’ın olacağını göstərmişdi. Aaron Polun (Aaron Paul) etdiyi qarışıq açıqlamalara rəğmən filmin Jesse Pinkman’a hədəflənmiş olması Aaron Polun (Aaron Paul) filmdə rol alma ehtimalının olduqca yüksək olduğunu göstərirdi. Serialda canlandırdığı Walter White xarakteri ilə yaddaşlara qazınan Brayan Krenston (Bryan Cranston) filmdə yer alıb almayacağı isə sual olaraq qalmağa davam edirdi. Ancaq iki aktyorunun bugün axşam saatlarında Twitter-dan etdikləri paylaşımlar bu sualın cavab tapmasına şərait yaratdı.

Картинки по запросу Bryan Cranston and Aaron Paul Possibly Teasing a ‘Breaking Bad’ Reunion

Brayan Krenston (Bryan Cranston) və Aaron Polun (Aaron Paul) Twitterda eyni anda “yaxında” mesajıyla eyni rəsmi paylaşması, bir müddətdir hazırlıq mərhələsində olan Breaking Bad filmində ikiliyi yenidən birlikdə görəcəyimiz yönündəki şaiyələri doğruladı.

The Hollywood Reporter’ın keçən aylarda paylaşdığı məlumatlara görə Breaking Bad’in 2013-cü ildə yayımlanan finalının sonrasında yaşananları danışacaq olan film, Jesse Pinkman’ın polislərdən qaçmaq üçün verdiyi mübarizəyi mövzu götürəcək.

Картинки по запросу Bryan Cranston and Aaron Paul Possibly Teasing a ‘Breaking Bad’ Reunion

Daha əvvəl gələn şaiyələrə baxılarsa Breaking Bad filmi üçün serialdakı rollarını təkrarlayan adlar Brayan Krenston (Bryan Cranston) və Aaron Pol (Aaron Paul) ilə kifayətlənməyəcək. KrenstonPolla yanaşı Kristen Ritter (Krysten Ritter), Conatan Benks (Jonathan Banks), Cessi Plemons (Jesse Plemons), Charles Baker, Matt JonesRobert Forster’ın də Breaking Bad filmində serialdakı rolları ilə geri qayıdacağı deyilir. Breaking Bad izləyənlərin bildiyi kimi bu adlar tərəfindən canlandırılan xarakterlərin bəziləri serialda ölmüşdü. Bu adların yenə də film üçün geri qayıtması, eyni Better Call Saul’da olduğu kimi hekayənin keçmiş ilə bugün arasında gedib gələcəyini göstərir. Breaking Bad’in yaradıcısı olan Vince Gilligan’ın yazıb rejissoru olduğu film, serial ev sahibliyi edən AMC kanalı tərəfindən hazırlanmış olsa da Netflixdə izləyicilərin ixtiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər