HBO’nun maraqla qarşılanan yeni mini-serialı "Çernobıl", 1986-cı ildə yaşanan hadisələri olduqca real bir baxış bucağı ilə ekranlara gətirir. Ancaq serial bununla bərabər, tarixi hadisələrə nə qədər sadiq qalır?
Band of Brothers, John Adams və Generation Kill kimi sevilən mini-seriallarını televiziya dünyasına qazandıran HBO, qısa müddət əvvəl böyük əks-səda doğuran bir mini-serialı da tamaşaçıların ixtiyarına verdi. HBO-nun mini-serialı "Çernobıl", izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Bəşər tarixinin ən böyük fəlakətlərindən birinə işıq tutan serial, bu mövzuya son dərəcə real baxış bucağından yanaşması və həyəcanlı hekayəsi ilə rəğbət qazandı.
The Hangover Part II və The Huntsman: Winter’s War filmlərinin ssenaristi olan Kreyq Mazinin (Craig Mazin) ssenarisini qələmə aldığı "Çernobıl", adından göründüyü kimi, 26 aprel 1986-cı il tarixində Ukraynanın Çernobıl şəhərindəki Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş partlayış nəticəsində yaşanan faciəni ekranlara gətirir.
Carred Harris (Jared Harris) tərəfindən canlandırılan nüvə üzrə fizik Valeri Leqasov da, Stellan Sqasqard (Stellan Skarsgård) tərəfindən canlandırılan baş nazir köməkçisi Boris Şerbina da gerçək həyatda Çernobıl faciəsi ərəfəsində hadisələrin içində həqiqətən də yer almış insanlardır. Emili Uotson (Emily Watson) tərəfindən canlandırılan Ulana Xomyuk isə serial üçün yaradılmış bir xarakterdir. Emili Uotsonun (Emily Watson) xarakteri bu faciə yaşanarkən hadisələrin pərdə arxasında baş verənləri həll etməyə çalışan onlarca alimi təmsil edir.
Çernobıl faciəsinin təsirləri uzun illər hiss edilmiş olsa da, partlayışın yaşandığı o ilk anlardakı fəlakət anı və sonrasında yaşananlar əlbətdəki çox daha qorxunc bir rəsm ortaya çıxarır. HBO’nun yeni serialı bu qorxu dolu anları ekranlara daşıma baxımından olduqca uğurlu iş ortaya çıxarıb. Eyni zamanda serialda olduğu kimi gerçək həyatda da bu faciyəyə ilk müdaxilə olduqca səliqəsiz və yetərsizdir. Yəni, serialda Stellan Sqasqard (Stellan Skarsgård) tərəfindən canlandırılan Boris Şerbina, o dövrdə ehtiyac olmadığını düşündüyü üçün, məsul şəxslərə xəbər verməyə cəhd də göstərmir. Tarixin ən böyük faciələrindən birinin yaşandığı Çernobılda təxliyyə işləri partlayışdan bir gün sonra başlayır.
Serial faciəvi şəkildə yetərsiz qalan bu ilk müdaxiləyi Adam Nagaitis tərəfindən canlandırılan Vasili İqnatenko xarakteri vasitəsilə çatdırıb. Çernobıla göndərilən ilk müdaxilə komandasının bir üzvü olan İqnatenkonun gerçək həyat hekayəsi, bu hadisədə Çernobılı təmizləməsi üçün lazımi yardım dəstəsi olmadan göndərilən minlərcə insanın hekayəsini təmsil edir. Bu insanlar arasından təxminən 4 mininin radiyasiyanın səbəb olduğu xərçəng xəstəliyi səbəbindən öldüyünü, 70 minin isə bu hadisənin təsirləri səbəbi ilə şikəst qaldığını bilirik.
Serialda Valeri Leqasov yaşanan hadisələrin yarada biləcəyi əks təsirlərdən bəhs edərkən: “Hər uran atomu bir güllə kimi; metal, beton, dəri, qarşısına nə çıxarsa dəlib keçər. Hal-hazırda Çernobılda bu güllələrdən 3 trilyon var.” sözlərini qeyd etmişdi. Bu sözlər həmin anda yaşanan fəlakəti təsvir etmək üçün olduqca təsirli olsa da əslində Çernobıldakı sızıntının tam olaraq hansı səbəbdən baş verdiyi və Leqasovun bu olanları necə açıqladığı tam olaraq bilinmir. Çernobıl faciəsinin arxasında yatan səbəblərə hələ tam olaraq aydınlıq gətirilməmiş olsa da, illər sonra paylaşılan məlumatlara görə partlayışa yığılmış Xeon qazı səbəb olub.