“Yadlar” (Alien), “Titanik”, “Terminator” kimi proyektlərə vizual effekt anlamında film sahəsində öncülük edən filmlərə imza atan Ceyms Kemeronun (James Cameron) rejissorluğunu üstləndiyi 2009-cu il istehsalı, meqa büdcəli “Avatar”a dört yeni davam filmi çəkilir. Qeyd edək ki, ilk filmin baş rollarında yer alan aktyorlar Sem Uorinqton (Sam Worthington), Zoi Saldana (Zoe Saldana), Stiven Lenq (Stephen Lang) və Siqurni Uiver (Sigourney Weaver) davam filminin aktyor heyətində də yer alacaq.
Ceyms Kemeronun dünya kinematoqrafiyasında sensassiya doğuran elmi-fantastik filmi “Avatar”ın premyerası 2009-cu ildə baş tutmuşdu. Film dünya kinematoqrafiyasında 2 milyardan çox gəlir əldə edən film olaraq tarixə keçdi. Hətta 1997-ci ildə çəkilmiş “Titanik” filmini də geri də buraxdı.
Ceyms Kemeronun ssenaristi və rejissoru olduğu, 3D texnologiyasının yayılmasına öncülük edən və hələ də dünyada ən çox gəlir əldə edən film ünvanını əlində tutan “Avatar”ın davam filmlərindəki live-action səhnələrinin çəkimlərinə yaz aylarında Yeni Zelandiyada başlanacaq.
Ceyms Kemeronun üzərində on il işlədiyi “Avatar” filminin hələ premyerası olmamış, davamının çəkiləcəyi söyləntiləri gündəmə gəlmişdi. Kemeron isə həmin ərəfədə bu gözləntiyi çox ciddiyə almırdı və “Avatar”ın böyük uğurunun qaynağı olan teknoloji tərəfini inkişaf etdirməklə məşğul idi. Filmin premyerasından sonra, əlbəttə bu planlar dəyişdi. Hal-Hazırda seriyanın davamı olarak dörd “Avatar” filmi daha gözlənilir.
“Avatar 2” və “Avatar 3”ün sıra ilə 2020 ve 2021-ci ildə premyerasının olacağı gözlənilir. İşlər planlandığı kimi gedərsə, 4 və 5-ci hissənin də bir il aranın ardından 2023 ve 2024-cü illərdə kinoteatrlarda olacağı planlaşdırılır. Əslinda Kemeronun davam filmlərinin çəkimlərinə keçən ilin noyabrında başladığını bilirik. Prodüser Con Landau (Jon Landau) verdiyi bir reportajda, aktyorların hərəkətlərinin virtual xarakterlər yaratmada model olduğu üçün müəyyən texnika ilə çəkildiyini və yaz aylarında Yeni Zelandiyada live-action səhnələrin çəkilişinə başlanacağını söyləmişdi. Landaunun qeyd etdiyinə görə filmin aktyor heyətinə daxil olan İdi Falko (Edie Falco) da bu çəkimlərdə olacaq və İdi Falkoyu RDA ordusunun başındakı general Ardmore rolu ilə izləyəcəyik. Landau həm də Ceyms Kemeronun ssenarisini oxuduğunuzda asan kişi obrazı olaraq düşünə biləcəyiniz bir karakteri güçlü bir qadının oynamasını istədiyini açıqladı.
Davam filmlərinin dördünün də ssenarisinin tamamlandığını söyləyən Landau: “Bu səbəbdən bu qədər gözlədik, işə başlamadan öncə bütün ssenarilərin bitməsini gözləməyimiz lazım idi. Beləcə prodüser və aktyor heyəti olaraq xarakterlərin hara uyğun olduğunu anlaya bilirdik. Aktyorlarımızın 2 və 3-cü hissədə olan qərarlarının 4-cü hissəyə necə təsir edəcəyini anlamağı lazım idi” deyerek davam filmləri üçün verilən uzun aranın səbəbini açıqladı.
Landau filmlərin tamamən “Pandora”da geçəcəyini və hekayənin metaforlar daşıdığını söylədi: “Filmlərin “Pandora”da keçməsinə qərar verdik. Ümumilikdə digər bu kimi filmlərdə suya ehtiyac olduğunda okean planetinin, qar lazım olanda qarın hakim olduğu bir planetə gedirlər. Amma biz bütün həyatımızı Dünya’da keçirdiyimizin, amma yenə də onun bütün möcüzələrini görmədiyimizin fərqinə vardıq və gəlin bunu “Pandora”da edək dedik. Pandora bu inanılmaz çeşidlikləri görməmiz üçün bir metafor olsun. Bu qədər önəmli olan başqa bir şeysə, fərqli mədəniyyətlərə sahib yeni klanlarla tanış olmağımız, eynən Dünya kimi. İlk filmdə sadəcə Omaticaya klanını görmüştük ancaq okeanda yaşayan bir klan yağış meşələrində yaşayanlardan çox daha fərqli bir mədəniyyətə sahip olacaq, filmdə bunu da göstərmək istəyirik.”