Maykl B. Cordan Yeni "Matrix" Filminin Baş Rolunu Üstlənə Bilər!

27 Iyun, 2019

Yavaş-yavaş formalaşmağa başlayan yeni "Matrix" filminin baş rolunu "Krid" (Creed) və "Qara bəbir" (Black Panther) kimi filmlərlə tanınan Maykl B. Cordan (Michael B. Jordan) üstlənə bilər. Zak Pennin ssenarisini qələmə aldığı filmin çəkilişlərinə 2020-ci ilin ilk aylarında başlanması planlaşdırılır.

Film tarixinin unudulmaz film seriyaları arasında yer alan The Matrix‘in yeni bir filmlə böyük ekrana dönmə ehtimalı hər gün biraz daha qüvvətlənir. İllərdir gündəmdə olan yeni Matrix filmi haqqındakı son xəbərlər, bir müddətdir Project Ice Cream adı altında hazırlanan filmin yavaş-yavaş formalaşmağa başladığını göstərir.

Картинки по запросу The Matrix 4: Michael B Jordan set to replace Keanu Reeves in new Wachowskis sequel

İlk olaraq Geeks World Wide tərəfindən ortaya atılan, daha sonra Independent tərəfindən də yer verilməsi ilə daha etibarlı bir hal alan xəbərlərə görə yeni Matrix filminin baş rolunu Fruitvale Station, "Krid" (Creed) və "Qara bəbir" (Black Panther) kimi proyektlərdəki uğurlu performansları ilə diqqət çəkən və öz dövrünün ən diqqət çəkici adları arasında yer alan Maykl B. Cordan (Michael B. Jordan) üstlənəcək.

Digər yandan bu son gələn xəbərlərlə birlikdə Vaçovski bacılarının filmdə yer alacağı da dəqiqlik qazanmış oldu. Ancaq proyektin başında  Lili Vaçovski (Lilly Wachowski), yoxsa Lana Vaçovskinin (Lana Wachowski) olacağı mövzusu naməlumluğunu qoruyor. Ötən aylarda verdiyi bir reportajda Vaçovski bacılarının yeni bir Matrix filmi üzərində çalışdığını deyən Çad Stahelski (Chad Stahelski), Lana Vaçovskinin (Lana Wachowski) proyektə daxil olduğunu qeyd etmişdi. Geeks World WideThe Independent tərəfindən paylaşılan məlumatlarda isə Lili Vaçovskinin (Lilly Wachowski) rejissor kürsüsünə oturacağı vurğulanır. Lana Vaçovskinin (Lana Wachowski) bu aralar yeni serialı Work in Progress üzərində işləməsi, filmin rejissor kürsüsünə Lili Vaçovskinin (Lilly Wachowski) oturma ehtimalını qüvvətləndirir.

Похожее изображение

Yeni Matrix filmi ilə bağlı dəqiqləşən bir digər detal da filmin ssenarisini Zak Pennin qələmə aldığıdır. The Incredible Hulk, The Avengers"Oyunçu aparsın" (Ready Player One) kimi filmlərin ssenaristi olan Zak Pennin filmin ssenarisini yazdığı illərdir danışılırdı. İstedadlı ssenarist də verdiyi açıklamalarla bu şaiyələrdə gerçəklik payı olduğunu doğrulamışdı.
Son olaraq, həm rejissor kürsüsündə oturacaq, həm də baş rolu üstlənəcək adların dəqiqləşməsi ilə birlikdə, filmin istehsal müddəti də sürət qazanmış kimi görünür. Independent’ə görə filmin çəkilişlərinə gələn ilin ilk aylarında başlana bilər.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər